İran İslam Respublikası prezidentinin müavini və Ekologiya Təşkilatının sədri Xəzər dənizində ekoloji çirkləndiricilər haqda deyib
wellpromised/Aran agentliyi
İran İslam Respublikası prezidentinin müavini və Ekologiya Təşkilatının sədri Xəzər dənizində ekoloji çirkləndiricilər haqda deyib: Xəzər dənizinin çirkləndirilməsində, xüsusilə də ekoloji məsələlərə diqqətin göstərilməməsi və neft çirkləndiricilərində Azərbaycan Respublikasının payı daha çoxdur.
Məhəmmədcavad Məhəmmədzadə çərşənbə günü İRNA müxbiri ilə müsahibədə Xəzərin çirkləndirilməsində sahil ölkələrinin müxtəlif paya malik olduqlarını deyərək, vurğulayıb: Neft çirkləndiriciləri, sənaye tullantıları və kanalizasiyaların Xəzərə axıdılması məsələsi Tehran konvensiyasında habelə, Qazaxıstanda keçiriləcək iclasda ciddi şəkildə diqqət mərkəzində saxlanılacaq.
İranın Ekologiya Təşkilatının sədri əlavə edib: Çirkləndiricilərin bir hissəsi Volqa çayı vasitəsi ilə Rusiya tərəfindən Xəzərə axıdılır.
M.Məhəmmədzadə Xəzərin çirkləndirilməsində sahil ölkələrinin müxtəlif paylara malik olduğunu deyərək, vurğulayıb: Xəzərin çirkləndirilməsində ən çox pay kanalizasiya və sənaye tullantılarının payına düşür.
Məhəmmədzadə həmçinin qeyd edib ki, Xəzərin çirkləndirilməsində İran da müəyyən paya malikdir və Xəzər çirkləndiriciləri məsələsini araşdıracaq Tehran Konvensiyasında bu məsələnin də gündəmə gətirilməsi qərara alınıb.
O, sonda bildirib ki, bu mövzu ilə bağlı Qazaxıstanda keçirilməsi planlaşdırılan iclasda Xəzərin ekologiyasını qorumaq üzrə ciddi səylər həyata keçiriləcək