Tarix : 2011 Jun 01
Kod 23177

Gələn həftə Türkiyədə «Nabucco» layihəsinə dəstək sazişləri imzalanacaq

Bu ilin iyunun 8-də Kayseri şəhərində (Türkiyə) «Nabucco» layihəsi üzrə Layihəyə Dəstək Sazişləri imzalanacaq
wellpromised/Aran agentliyi

«Nabucco Pipeline International GmbH.» şirkətindən verilən məlumata görə, bununla bağlı Kayseridə keçiriləcək rəsmi mərasimdə «Nabucco» konsorsiumunun üzvü olan şirkətlər (OMV, MOL, «Transgaz», «Bulgarian Energy Holding», «Botaş» və RWE) və 5 tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) aidiyyatı nazirlikləri tərəfindən imzalanacaq.

«Nabucco Pipeline International GmbH.» şirkətinin baş direktoru Reynhard Mitçek qeyd edib ki, Layihəyə Dəstək Sazişləri «Nabucco» boru kəmərinin ilkin işlənmə mərhələsində əhəmiyyətli bir addım olacaq: «Hökumətlərarası sazişlə birlikdə Layihəyə Dəstək Sazişləri layihənin uğurlu maliyyələşdirilməsi üçün zəruri şərtdir».

LDS-in əsas elementləri Avropa İttifaqı və Türkiyənin enerji qanunvericiliyi çərçivəsində tranzit üzrə əlverişli normativ bazanın təsdiqindən, «Nabucco» boru kəmərinin mümkün diskriminasiyaedici qanun dəyişikliklərindən qorunması və layihənin bundan sonrakı icrası üçün qanunvericilik və inzibati tədbirlərə dəstək verməkdən ibarətdir. LDS həmçinin hər bir hökumətin layihəyə dəstək vermək öhdəliyini qeyd edir.

 APA

  

  • Yazılıb
  • da (də) 2011 Jun 01