''Azərbaycan dövləti Bakıda keçiriləcək ''Eurovision-2012'' mahnı müsabiqəsində iştirak edəcək Ermənistan təmsilçilərinin təhlükəsizliyinə zəmanət verməyə hazırdır''
wellpromised/Aran agentliyi
“Azərbaycan dövləti Bakıda keçiriləcək ”Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək Ermənistan təmsilçilərinin təhlükəsizliyinə zəmanət verməyə hazırdır".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazir deyib ki, Ermənistan təmsilçiləri Bakıda keçiriləcək müsabiqədə iştirak etməlidirlər: “Gəlməsələr, bunu Azərbaycana rəsmən bildirməlidirlər. Bunun məsuliyyəti isə onların öz üzərində qalacaq”.