Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən verilən məlumata əsasən, Misirin “Vodafone Egypt” mobil rabitə şirkətinin ...
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyindən verilən məlumata əsasən, Misirin “Vodafone Egypt” mobil rabitə şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq sahəsində əməkdaşlıq etdiyi müəyyən olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, bununla bağlı Azərbaycan Respublikasının Qahirədəki səfirliyi Misirin Xarici İşlər Nazirliyinə nota göndərib, Xarici İşlər Nazirliyinin məsul şəxsləri ilə görüşlər keçirib, “Vodafone Egypt” mobil rabitə şirkətinin “Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının qeyri-qanuni olduğu, beynəlxalq hüququn prinsipləri və Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri ilə ziddiyət təşkil etdiyi qeyd olunub, bu əməkdaşlığın dərhal dayandırılması xahiş edilib.
Azərbaycan səfirliyinin müraciətinə cavab olaraq bu ilin 29 may tarixində Misirin Xarici İşlər Nazirliyi “Vodafone Egypt” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırıldığı barədə məlumat verib.