Tarix : 2011 Jun 05
Kod 23207

Yevlaxlı dindar azad edildi

May ayının 3-ü Yevlaxın fəal dindarlarından olan Hacı Ramin Quliyev sərbəst buraxılıb
g/Aran agentliyi

 

Aran agentliyi

Bu barədə  Hacı Ramin Quliyevin özü məlumat verib.

Azadxeber.az saytına danışan yevlaxlı fəalın bildirdiyinə görə, o Gürcüstan-Azərbaycan sərhəddində Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“May ayının 3-ü səhər saatlarında maşınların qiymətlərini öyrənmək niyyəti ilə Gürcüstan respublikasına gedirdim. Gürcüstan-Azərbaycan sərhəddində “Qırmızı Körpü” mənqətəsində Baş Gömrük idarəsinin əməkdaşları axtarışda obduğumu bildirərək məni saxladılar. Axtarışda olduğum haqda və bu barədə mənə heç bir məlumat verilmədiyini bildirsəm də, məsələnin araşdırılması üçün məni Qazax Rayon Baş Polis İdarəsinə apardılıar. Orada bir gün qaldıqdan sonra may ayının 4-ü səhər saatlarında Bakıya “Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə” İdarəsinə gətirildim. Niyə bura gətirildiyimi sual etdikdə, axtarışda olduğumu bildirdilər. Baş Gömrük idarəsinin əməkdaşlarına bildirdiyim kimi, “Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə” İdarəsin əməkdaşlarınada bu barədə məlumatlandırılmadığımı söylədim.”- Hacı Ramin Quliyev deyib.

Bakı şəhəri “Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə” İdarəsində saxlanılan Hacı Ramin Quliyev bir necə saat dindirildikdən sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Orada da bir necə saat dindirildikdən sonra may ayının 4-ü axşam saatlarında sərbəst buraxılıb.

 

  • Yazılıb
  • da (də) 2011 Jun 05