Tarix : 2011 Jun 06
Kod 23209

Cəlilabadda ilahiyyatçıya 3 il 6 ay hökm oxundu

Bu ilin Aşura mərasimində hicab qadağasına etiraz əlaməti olaraq Cəlilabadda təşkil edilən aksiyada çıxış edən Cəlilabad sakini olan bir ilahiyyatçıya bu gün iş kəsilib
wellpromised/Aran agentliyi

Bu ilin Aşura mərasimində hicab qadağasına etiraz əlaməti olaraq Cəlilabadda təşkil edilən aksiyada çıxış edən Cəlilabad sakini olan bir ilahiyyatçıya bu gün iş kəsilib.

Cəlilabaddan verilən son məlumata görə, bu gün Cəlilabad rayon məhkəməsində Məmmədov Həsən Əlipaşa oğluna polisə müqavimət ittihamı irəli sürülüb, məhkəmənin sonunda hakim ona 3 il 6 ay iş kəsib.

Verilən məlumata görə, ona iki polis əməkdaşının ifadəsinə əsasən hökm çıxarılıb.

Buna baxmayaraq Cəlilabadlı dindarlar onu "hicab məhbusu" adlandırırlar.

Qeyd edək ki, Məmmədov Həsən məhkəmədə hakimə "siz seyyidsiz. Mən Xanım Zəhra, Xanım Zeynəbin adını üstün tutub həbs edilmişəm. Xanım Zəhraya xatir ədalətli hökm çıxarın" deyib.

Xatırladaq ki, Cəlilabadda keçirilən aksiya zamanı Misir Mərdanovun şəkili yandırılmışdı.

Bu gün məhkəməsi keçirilən Cəlilabadlı ilahiyyatçı Məmmədov Həsənin ötən ilin axırında yazdığı "Sizləri Axundovun aqibəti gözləyir" məqaləsi. 

İslam-Azeri

  

  • Yazılıb
  • da (də) 2011 Jun 06