Tarix : 2011 Jun 06
Kod 23210

YALANÇI POLİSLƏR HƏBS OLUNDU

Azərbaycanda özünü polis kimi təqdim edərək dələduzluqla məşğul olan şəxslər tutulub
wellpromised/Aran agentliyi

Bakının Binəqədi rayonunda özlərini polis əməkdaşları kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Ağcabədi rayon sakini Arzuman Ələkbərov və Tərtər rayon sakini Sadiq Kərimov özlərini polis əməkdaşı kimi təqdim edərək, Bakı şəhər sakinləri Cəlal Kərimlinin və Seymur Rəhimovun avtomobillərində axtarış apararkən Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 06