Azərbaycanın 2 hərbi qulluqçusunun şəhid olmasına, 2-sinin isə yaralanmasına səbəb olub
wellpromised/Aran agentliyi
Azərbaycanın 2 hərbi qulluqçusunun şəhid olmasına, 2-sinin isə yaralanmasına səbəb olub
FaktXeber.com-u verdiyi məlumata görə, may ayı ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 80 dəfə pozulub. Aparılan monitorinq zamanı məlum olub ki, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 2-si isə yaralanıb.
May ayında cəbhə xəttində atəşkəsin ən çox pozulması halı isə Füzuli rayonuda qeydə alınıb. Ermənistan Ordusunun bölmələri tərəfindən Azərbaycan Ordusunun cəbhənin cənub-qərbində - Füzuli rayonunda yerləşən mövqeləri və yaşayış məntəqələri 25 dəfə atəşə məruz qalıb. Bu istiqamətdə atəşkəsin pozulması ilə müşahidə olunan qısa müddətli döyüşlər əsasən 15-30 dəqiqə aralığında davam edib.
APA-nın məlumatına görə, cari ilin yanvar-may aylarında - 5 ay ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 276 dəfə pozulub. Ümumilikdə, 2011-ci ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbi qulluqçusu, 1 mülki sakin (uşaq) şəhid olub, 6 nəfər isə yaralanıb. Həmçinin cəbhə xəttinə yaxın sahədə 2 mülki sakin minaya düşüb. Onlardan biri yaralanıb, digəri isə həlak olub.