Bu il ali məktəbə sənəd verən abituriyentlərin 63 mini orta məktəbləri 2011-ci ildə bitirənlərdir
wellpromised/Aran agentliyi
Attestat neçəyə satılır?Lent.az-ın verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, orta məktəbləri ötən illərdə bitirən məzunlar qəbul imtahanlarına buraxılış vərəqlərini təsdiq etdirərək, götürə biləcəklər. Lakin bu il məzun olan 63 min abituriyent buraxılış vərəqlərini özləri təsdiq etdirib götürə bilməyəcəklər, çünki onlar attestatlarını hələ də almayıblar.
Bu il məzun olanlar attestatlarını aldıqdan sonra attestatla birlikdə sənəd qəbulu komissiyalarına müraciət edərək, buraxılış vərəqlərini təsdiqlətdirərək götürə bilərlər.
Bolgexeber-ə şikayətçi valideyn bildirib ki, hər bir şəhadətnaməyə görə minimum 15 manat, attestata görə isə minimum 100 manat pul istənilir. Onu da bildirək ki, araşdırmalarımız nəticəsində Bakının mərkəzi rayonlarının orta məktəblərində bu qiymətlər daha yuxarıdır. Məsələn, 91 saylı orta məktəbdə attestat pulu adı altında 200-250 manatdan yığılır.
HaqqYolu