Tarix : 2011 Jun 06
Kod 23227

''Satanovskinin Azərbaycana terror xəbərdarlığı''

Rusiya İslam Komitəsinin rəhbəri Heydər Camal hesab edir ki, İranın Azərbaycanda terror aktları törətmək ehtimalı sıfıra bərabərdir
wellpromised/Aran agentliyi

Rusiya İslam Komitəsinin rəhbəri Heydər Camal hesab edir ki, İranın Azərbaycanda terror aktları törətmək ehtimalı sıfıra bərabərdir.

Rusiyanın Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovskinin müvafiq ehtimalını şərh edən Heydər Camal SalamNews-a deyib ki, İranın Azərbaycanda terror törətmə ehtimallarından danışmaq cəfəgiyyatdır: "İdeyanın özü cəfəngdir və inandırıcı deyil”.

Heydər Camalın sözlərinə görə, terror aktlarının peşəkar səviyyədə hazırlanması ilə daha çox israillilər məşğul olurlar: "Satanovski faktiki olaraq Azərbaycana xəbərdarlıq edib: israillilər sonradan İranı ittiham etmək üçün terror aktı təşkil edə bilərlər”.

O, qeyd edib ki, Satanovskinin bəyanatları təxribatdır və onlara ciddi yanaşmaq lazım deyil: “Satanovskinin əsas məqsədi İslamı təmsil edən qüvvələr arasında düşmənçilik, inamsızlıq və qorxu yaratmaqdır. Buna görə də burda söhbət İsrail lobbisi agentinin növbəti təxribatından gedir və onun ifadələrinə ekspert qiymətləndirilməsi kimi yanaşmaq düzgün olmazdı”.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 06