İyunun 11-də Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü olacaq
wellpromised/Aran agentliyi
İyunun 11-də Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü olacaq.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ probleminin həlli ilə bağlı fundamental prinsiplər üzərində razılıq əldə edilməsinin vacibliyini vurğulayıb.
Məmmədyarov iyunun 11-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada toplanacaqlarını xatırladıb. Nazir toplantıda ATƏT Minsk Qrupunun son təkliflərini müzakirə edəcəklərini bildirib.
Təkliflərin daha sonra prezidentlərə təqdim olunacağını söyləyən Məmmədyarov bunlar qəbul ediləcəyi təqdirdə sülh istiqamətinə önəmli irəliləyişə nail olunacağını qeyd edib.
Nazir çərçivə prinsiplərinin qəbul edilməsindən dərhal sonra da sülh müzakirələrinin dərhal başa çatdırılmasının vacibliyini vurğulayıb.
Bu arada, Moskvadakı görüşdən öncə ATƏT Minsk Qrupu həmsədrləri Bakıya səfər ediblər. Prezident İlham Əliyev tərəfindən qəbul edilən həmsədrlər işğal altındakı Qarabağa və Ermənistan paytaxtına da gedəcəklər.