Tarix : 2011 Jun 06
Kod 23229

''QARABAĞ MÜNAQİŞƏSİ HƏLƏ 20 İL DƏ DAVAM EDƏCƏK''

Azərbaycanın resursları o cür deyil ki, öz müstəqil dövlət statusundan istifadə edib ərazi bütövlüyünü bərpa etsin. Bu munaqişə hələ bundan sonra 20 ildə davam edəcək
wellpromised/Aran agentliyi

Zərdüşt Əlizadə: "Azərbaycanın resursları o cür deyil ki, öz müstəqil dövlət statusundan istifadə edib ərazi bütövlüyünü bərpa etsin. Bu munaqişə hələ bundan sonra 20 ildə davam edəcək" 

Xəbər verdiyimiz kimi Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Kazanda yenidən görüşəcəklər. Artıq bundan əvvəl 3 ölkə prezidenti arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə görüş  keçirilib. Həştərxanda, Soçidə keçirilən görüşlərdən sonra Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə olunmadı. Artıq diqqətlər Kazanda keçiriləcək görüşlərə yönəlib. Kazan keçiriləcək görüşdən gözləntilər barədə FaktXeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə, Kazan görüşünün yalnız görüntü xarakteri daşıdığını bildirdi: "Mən şəxsən Kazan görüşündən maksimum bunu gözləyirəm ki, hər hansı bir görüntü yaratmaq üçün nə isə bir formatda dəyişiklik baş verəcək. Amma ürəyimizi buz kimi saxlayaq ki, Qarabağı qaytarmayacaqlar. Azərbyacanın resursları o cür deyil ki, öz müstəqil dövlət statusundan istifadə edib ərazi bütövlüyün bərpa etsin. Bu munaqişə hələ bundan sonra 20 il də davam edəcək. Neft və qaz qurtarsın ondan sonra baxarıq."

Bir neçə gün bundan qabaq böyük güclərin Qarabağla verdiyi bəyanata da münasibət bildirən Zərdüşt Əlizadə, "bundan qabaq da böyük güclər Qarabağla bağlı bəyanatlarla çıxış etmişdilər. Lakin bunun heç bir faydası olmadı. Böyük güclərin istədikləri elə budur ki, münaqişə həll olunmamış qalsın. Çünki münaqişənin bu cür qalması onların mənafelərinə xidmət edir", - deyə bildirdi.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 06