Tarix : 2011 Jun 06
Kod 23230

Atəşkəs rejimi 447 dəfə pozulub

2011-ci ilin 5 ayı ərzində atəşkəs rejimi 447 dəfə pozulub
wellpromised/Aran agentliyi

2011-ci ilin 5 ayı ərzində atəşkəs rejimi 447 dəfə pozulub. bu statistikanı Az . R-sı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu cəbhə xəttində keçirdiyi mətbuat konfransında açıqlayıb.

Füzulidə mətbuat konfransı keçirən Eldar Sabiroğlu atəşkəs rejiminin ən çox Füzuli, Ağdam və Qazax istiqamətlərində pozulduğunu vurğulayıb.

Eldar Sabiroğlu 2011-ci ildə atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun altı itki verdiyini söyləyib. O, erməni tərəfinin verdiyi itkilərin bundan dəfələrlə çox olduğunu vurğulayıb.

Müdafiə Nazirliyinin sözçüsü bəyan edib ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib və müharibə başlasa Ermənistanın məğlubiyyəti qaçılmaz olacaq.

Politoloq Zərdüşt Əlizadə Faktxəbərə bildirib ki,  Böyük güclərin istədikləri budur ki, Qarabağ münaqişəsi həll olunmamış qalsın. Çünki münaqişənin bu cür qalması onların mənafelərinə xidmət edir".  Zərdüşt Əlizadə hesab edir ki, Qarabağ münaqişəsi hələ 20 il davam edəcək.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 06