İslam Partiyasının Astara rayon şöbəsinin sədri Ruhulla Axundzadə istisna olmaqla digər partiya üzvlərinin istintaqı başa çatıb
wellpromised/Aran agentliyi
Azərbaycan İslam Partiyasının həbsdə olan sədrinin vəkili hicab qadağasına etirazı ilə bağlı həbs olunan Möhsün Səmədovun istintaq prosesinin təqribən başa çatdığına işarə edərək, deyib: İrəli sürülən ittihamlar əsassızdır.
Anar Qasımov bu gün çərşənbə axşamı müxbirimizlə müsahibədə Möhsün Səmədova qarşı qanunsuz olaraq silah saxlamaq və hökuməti silah gücünə ələ keçirmək kimi əsassız ittihamların irəli sürülməsinə işarə edərək, bu iddialarla bağlı heç bir faktın olmadığını və Hacı Möhsün Səmədovun da bu ittihamların heç birini qəbul etmədiyini bildirib.
Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədovun vəkili əlavə edib: İslam Partiyasının Astara rayon şöbəsinin sədri Ruhulla Axundzadə istisna olmaqla digər partiya üzvlərinin istintaqı başa çatıb.
A.Qasımov həmçinin bildirib ki, istintaq prosesi və ittihamlar ilə yaxından tanış olduqdan sonra Hacı Möhsün Səmədovun azadlığa buraxılması üzrə lazımı işlərin görülməsinə başlayacaq.
Bu məlumata görə, İslam Partiyası sədri və hicab qadağasına etiraz edən digər islamçılarla bağlı məhkəmə prosesinin cari ayın sonuna kimi keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası İslam Partiyasının sədri Hacı Möhsün Səmədov 2011-ci il 2 yanvar tarixində ölkədə cərəyan edən islamofobiya və hicabofobiya siyasətlərini kəskin formada tənqid etmiş və bildirmişdi ki, müsəlmanlar dini dəyərlərə qarşı hörmətsizliklər qarşısında sükut etməyəcəklər.
Azərbaycan Respublikasında hicabofobiya siyasətinə etirazların güclənməsinin ardınca və bu çıxışdan təqribən 5 gün sonra polis Hacı Möhsün Səmədovu və İslam Partiyasının bəzi üzvlərini həbs etdi.
Bakı şəhər Nəsimi Rayon Məhkəməsi aprel ayının ortalarında heç bir fakt olmadan Hacı Möhsün Səmədovun həbs müddətini istintaq prosesini davam etdirilməsi üçün avqustun 8-nə kimi uzatdı.
Bundan öncə AİP sədrinin vəkili Anar Qasımov ittihamların əsassız olduğunu bildirərək, Hacı Möhsün Səmədov haqda çıxarılan həbs qətimkan tədbirinin ev dustağı hökmü ilə əvəz edilməsini istəmişdi. Amma, onun vəsatəti təmin edilmədi