Tarix : 2011 Jun 07
Kod 23254

Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyulması xoşagəlməz vəziyyət yaradıb - Binə Məscidin...

“Təəssüf ki, bu gün əhalinin əksəriyyəti müsəlman olan Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyulması xoşagəlməz vəziyyət yaradıb”
wellpromised/Aran agentliyi

HaqqYolu - “Təəssüf ki, bu gün əhalinin əksəriyyəti müsəlman olan Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyulması xoşagəlməz vəziyyət yaradıb”. Bu barədə SalamNews-a Bakının Binə Məscidinin axundu Hacı Eldar Əsəd bildirib.

O hicabın siyasi alətə çevrilməsinə qarşı olduğunu bildirib: “Bu qadağa ölkəmizin dindar təbəqəsini ciddi narahat edir. Hicab, bəzi dairələrin öz siyasi məqsədləri naminə qarşıdurma yaratmaq üçün vasitə deyil”.

O həmçinin qeyd edib ki, Müqəddəs Quranın bir neçə ayəsində hicab müsəlman qadınının geyiminin ayrılmaz atributu kimi buyurulur: “Müqəddəs Quran bəşəriyyəti zülmətdən nura çıxarmaq üçün nazil olub, deməli bütün ayələr, o cümlədən hicabın zəruriliyini qeyd edən ayələr də buna vasitədir”.

“Hicab ağılın üstünü örtmür və ətrafdakılara hörmətsizlik təzahürü deyil” deyən axund qeyd edib ki, İslamın bəzən səhv anlaşılmasının səbəbi bu sahədə mövcud olan maarifçilik problemləriylə əlaqəlidir: “Əksər insanlar müsəlmanları və İslamı təhlükə kimi qəbul edirlər. Lakin hicab bağlanmasını bəzi Avropa ölkələrində olduğu kimi qətiyyən hansısa ekstremist və ya terrorçu ideyalarla əlaqələndirmək olmaz”.

Eldar Əsəd qeyd edib ki, məsihi rahibələr də başlarını örtürlər, Avropa qadınları isə kilsəyə getdikdə başlarına yaylıq bağlayırlar. Bəzi Qərb ölkələrində hicab qadağasına gəldikdə isə, Eldar Əsəd bunun arxasında Avropanın və ABŞ-ın böyük planlarının dayandığını vurğulayıb.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 07