Vəkil Azər Nağıyevin hüquqlarını müdafiə etdiyi şəxslə görüş problemi həll olunub
wellpromised/Aran agentliyi
HaqqYolu - Vəkil Azər Nağıyevin hüquqlarını müdafiə etdiyi şəxslə görüş problemi həll olunub. “Media forum”a açıqlamasında Azər Nağıyev qeyd edib ki, iyunun 6-da “Hicaba azadlıq” aksiyasında iştirak etdiyinə görə həbs olunan Elşən Abbasovla görüşüb.
Elşən Abbasov Bərdə rayon sakinidir, evlidir. Mayın 6-da aksiyada iştirak etmək üçün Bakıya gəlib. Vəkilə verdiyi izahata görə, hələ aksiya yerinə çatmamış onu polislər saxlayıb: “Əvvəl inzibati qaydada həbs cəzası alıb. Daha sonra onu Xətai Rayon Məhkəməsinə gətiriblər, iki polis onun üzünə durub ki, aksiyada fəallıq edib, digər iştirakçıları irəli getməyə səsləyib. Lakin Elşən verdiyi izahatda qeyd edib ki, o, aksiya iştirakçılarından heç kimi tanımır, tanımadığı adamları necə fəallığa çağıra bilər?”
Azər Nağıyev hüquqlarınlı müdafiə etdiyi şəxsin anasının xəstə olduğunu, atasının isə vəfat etdiyini deyib: “Hazırda ailənin vəziyyətinin pis olduğunu da nəzərə alıb onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldıracam”.
Elşən Abbasov şərlənərək Cinayət Məcəlləsiini 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. İyunun 2-də Bakı Apellyasiya Məhkəməsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən verilən şikayətə baxılıb, lakin birinci instansiya məhkəməsinin qərarı qüvvəsində qalıb.
“Hicab aksiyası” mayın 6-sı Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Qeyri-rəsmi məlumata görə, indiyə qədər 15 nəfərdən çox şəxsə cinayət işi qaldırılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.