QMİ-nin işçiləri ən azından zahirdə QMİ-nin rəhbərliyinə xas politkorrektliyə riayət etsinlər
wellpromised/Aran agentliyi
“Yeni Musavat” qəzetinin bugünkü sayında “Şeyx həbsdəki dindarları niyə müdafiə etmir?” başlıqlı yazı dərc edilib. Yazıda həbsdə olan dindarlarla bağlı QMİ-nin münasibəti öyrənilib. İdarənin mətbuat katibi Rəhimə Dadaşova həbsdə olanların dindar olduqları üçün deyil, qanunları pozmaqda ittiham olunduqları üçün həbs edildiklərini bildirib. Bu səbəbdən idarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirib: “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar. Onlarla bağlı hər hansı müraciətin olub-olmadığını deyə bilmərəm”, - deyə Rəhimə Dadaşova vurğulayıb.
QMİ sözçüsünün belə bir münasibəti inanclıların böyük hiddətinə səbəb olub. Bununla bağlı İçərişəhər “Cümə” məscidi dini icmasının imam-camaatı, DEVAMM (Dini Etiqad Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu Deyerler.Org a münasibət bildirib: “Bu açıqlamanı ürək ağrısı ilə oxudum. Çox ölçülüb-biçilməmiş açıqlamadır. QMİ-nin işçiləri ən azından zahirdə QMİ-nin rəhbərliyinə xas politkorrektliyə riayət etsinlər. Dindarlığa gəldikdə və dindarlığa görə həbs olunmağa gəldikdə, birmənalı olaraq hicabı, yəni Allahın əmrini müdafiəyə qalxaraq tutulan insanlar, elə dindarlıqlarına görə tutulublar. Əgər mətbuat xidmətində bununla bağlı çaşqınlıq varsa, QMİ-nin rəhbərliyindən və orada olan savadlı insanlardan dəqiqləşdirə bilərlər. Ən böyük mənəvi cinayət, əslində, Allah yolunda tutulan insanları müdafiə etməməkdir. Bunu etməyənlər, barı sussunlar!”.
Dəyərlər