Tarix : 2011 Jun 09
Kod 23290

RUS GENERALINDAN AZƏRBAYCANA TƏHDİD

g/Aran agentliyi

 

Aran agentliyi

RUS GENERALINDAN AZƏRBAYCANA TƏHDİD

Kreml Kazan danışıqları ərəfəsində Bakıya təzyiq edir
Andrey Tretyak: “Qarabağda münaqişə başlasa Rusiya dayanıb baxmayacaq, biz Ermənistan qarşısındakı öhdəliklərimizə sadiqik”

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan danışıqları ərəfəsində Moskvanın bəzi çevrələrindən Bakıya təzyiq cəhdləri başlayıb. Rusiya hərbi-siyasi dairələri bu danışıqların nəticəsiz qalacağı halda Azərbaycanın hərbi yola əl ata biləcəyini nəzərə alaraq mesaj verir ki, Qarabağda münaqişə başlasa, rus qoşunları Ermənistanın tərəfində yer alacaq. “Rusiya Ermənistan qarşısında götürdüyü öhdəliklərə sadiqdir və bizim münasibətlərimiz müttəfiqlik səviyyəsində qalır. Qarabağda münaqişənin yenidən başlanması riski yüksəkdir, ancaq bu risk Rusiyanın göstərdiyi səylər nəticəsində tədricən azalır.

Lakin heç kim Rusiyanın ötən ilin yayında Qırğızıstandakı hadisələrə qarışmamasını Qarabağ üçün presedent hesab etməməlidir. O, tamam ayrı situasiya idi”. Bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ idarəsinin rəisi, general Andrey Tretyak deyib. Eurasinat.org portalının xəbərinə görə, general bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Cənubi Qafqaz regionunda daha mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu ilin yayında və payızında “Qırğızıstanda buraxılan səhvləri düzəltmək üçün” irimiqyaslı hərbi manevrlər keçiriləcək.

Rus generalına görə, ötən il KTMT-nin Qırğızıstanda iğtişaşları dayandırmaq üçün ora qoşun yeritməməsi səhv addım idi. Tretyaka görə,bununla KTMT çox şey itirdi vəbir çoxları bunu hərbi blok üçün böyük sınaq kimi qarşıladı. “KTMT səhvlərindən nəticəçıxarır. Kimsəhesab edirsəki, o, ümumiyyətləçəkilib kənarda duracaq, böyük səhvəyol verir” deyə, Andrey Tretyak bildirib. Qeyd edək ki, ötən ay İrəvanda KTMT-nin roluna dair təşkil olunan konfrans zamanı bu blokun katibi Nikolay Bordyuja da Qarabağda münaqişəyenidən başlayacağı təqdirdəErmənistanı müdafiəedəcəkləri haqda bəyanat vermişdi. Ermənistan rəhbərliyi dəbütün ümidlərin bu bloka, daha doğrusu, Rusiyanın dəstəyinəbağlandığını göstərən açıqlamalar veriblər. KTMT çərçivəsindəgötürülən öhdəliklərə, habeləRusiyanın Ermənistandakı Gümrü bazasına dair yeni sazişəəsasən Moskva bu ölkənin təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda Azərbaycan-Ermənistan sərhədlərinin mühafizəsinədərus qoşunları cəlb edilib.

Hüquqi nöqteyi-nəzərdən Azərbaycan öz ərazilərini geri almaq üçün Qarabağda hərbi əməliyyatlara başlasa, KTMT-nin, eləcədəRusiyanın müdaxiləsi üçün heç bir əsas yarana bilməz. Çünki Dağlıq Qarabağ beynəlxalq səviyyədəAzərbaycan ərazisi kimi tanınır vəorada cərəyan edən hadisələri Ermənistan üçün təhdid kimi qiymətləndirmək hüquqi baxımdan mümkün deyil. Lakin Rusiyanın regiondakı siyasətini vəQarabağa dair məkrli planlarını nəzərəalan ekspertlər hesab edirlər ki, Moskva müxtəlif bəhanələr ortaya ataraq mümkün münaqişəzamanı öz qoşunlarını Ermənistanın köməyinəgöndərəbilər. Beləgörünür ki, rusiyalı generalın prezidentlərin kritik Kazan danışıqları ərəfəsindəbu cür mesajla çıxış etməsi Azərbaycanı təhdid etmək vəonu güc variantından imtinaya, beləcədədanışıqlar prosesindəmalik olduğu əsas “kozır”ı əlindən almağa hesablanıb. Bu taktika əvvəlki kritik danışıqlar ərəfəsindədətətbiq edilirdi. Məsələn, ötən il Sankt-Peterburqda prezidentlər arasında danışıqlar uğursuz olanda Rusiya Ermənistandakı bazasının dislokasiya müddətini uzatdı vəsəlahiyyətlərini genişləndirdi.

Belə xəbərlər var ki, Azərbaycan tərəfi Kazan danışıqlarının uğursuz olacağı təqdirdə Qarabağda düşmənin zəif olduğu nöqtələrdən birindən qəfil həmlə edərək bir neçə kəndi geri qaytarmağa, bununla da öz torpaqlarını hərbi yolla geri almaqda qətiyyətli olduğu barədə mesaj verməyə çalışacaq. Ermənistanda da Azərbaycanın bu və ya digər formada hərbi əməliyyatlara əl ata biləcəyinə dair ciddi narahatlıqlar hökm sürür. Belə vaxtda həm Ermənistanda, həm Rusiyada KTMT hərbi blokunun Qarabağda mümkün müharibəyə müdaxilə edə biləcəyinə dair səs-küylü müzakirələr təşkil olunur. Ehtimal var ki, bu taktika Rusiyada Medvedyevin vasitəçiliyi altında gedən danışıqlar prosesində irəliləyişlərin əldə olunmasında maraqlı olmayan çevrələrdən dəstəklənir. Digər tərəfdən, Kazan görüşü ərəfəsində həmsədr ölkələrin prezidentləri də güc tətbiqinin qəbuledilməz olduğu barədə bəyanat verərək əsas təzyiqləri Bakının üzərinə yönəltməyə çalışıblar.

Amerikadakı Sülh NaminəKornegi Fondunun mütəxəssisi, “Qara bağ” kitabının müəllifi Tomas de Vall isəKazan görüşü ərəfəsindəyaranmış situasiyanı şərh edərkən “Azadlıq” radiosuna deyib ki, danışıqların indiki məqamı - həqiqət anıdır: “Azərbaycan da konstruktiv mövqe tutub, Sərkisyan-Ter-Petrosyan anlaşmasına görə, Ermənistan da özünəinamlı görünür, Rusiya prezidenti Medveydev dəmünaqişənin həlli iləşəxsən məşğul olmağa başlayıb. Yəni indi eləbir məqama çatmışıq ki, prezidentlərin blef etdikləri, sonu görünməyən bir prosesin davam etməsinəüstünlük verdikləri, yoxsa doğrudan da münaqişənin həllindəmaraqlı olduqları aydınlaşmalıdır. Bu, hələaydın deyil. Amma beləbir həqiqət anı xeyli vaxtidi görmürdük”.
Ekspert deyib ki, danışıqlar masası üzərindəolan sənədin ümumi prinsipləri haqda məlumatlar gizli deyil. Bu, 3 səhifə, 14 bənddən ibarət bir çərçivəsənədidir. Orada münaqişənin həllində6 əsas prinsip əksini tapıb. Bunlar Dağlıq Qarabağ ətrafındakı ərazilərdən qoşunların çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistana Dağlıq Qarabağla əlaqəüçün dəhliz verilməsi vəhüquqinəticəsi olan səsvermənin keçirilməsi: “Bunlar haqda çoxdan bilirik. Amma bu, tam sülh sazişi deyil, çərçivəsazişidir. Əgər imzalanarsa, ümid edirik ki, yerlərdəkonkret işlər başlanacaq. Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılacaq, Dağlıq Qarabağa müəyyən təsdiqlənmiş status veriləcək".

Bəs hazırda danışıqlar prosesindəbaş verənləri Rusiyanın təşəbbüsü “ələkeçirməsi” kimi anlamaq olarmı? Tomas de Valla görə, Rusiya sülh danışıqlarında bir vasitəçi kimi liderlik edir. Amma Fransa vəAmerikanın tam dəstəyi ilə: “Rusiya prezidenti Medveydev özü bu işdəfəallıq edir, bir hüquqşünas kimi sənədi redaktəedir, uyğun sözləri seçir. Bu, çox pozitiv məqamdır. Bu səbəbdən prezident Obama vəprezident Sarkozidən dəprezident Medvedyev kimi prosesəbelədiqqət gözləməyimiz yerinədüşərdi”. Britaniyalı ekspert bildirib ki, referendum məsələsi hələdəqiqləşməkdədir. “Gərək bunun detalları iləbağlı hər iki tərəf razılığa gəlsin. Çoxlu suallar var burda. Referendumda kim iştirak edəcək? Güman ki, bu, Dağlıq Qarabağ əhalisini əhatəedən bir referendum olacaq. Amma Dağlıq Qarabağın azərbaycanlı əhalisinin yurdlarına qayıtması kimi məsələnin necəhəll ediləcəyi dəaydınalaşmalıdır. Yəni beləməsələlərəaydınlıq gəlməlidir” deyəo bildirib.
Brüsseldəki “European Policy Centre”dən ekspert Amanda Pol isəErmənistanın “Jamanax” qəzetinəaçıqlamasında deyib ki, həmsədr ölkələr Dovill bəyanatı iləmünaqişətərəflərinətezliklərazılığa gəlmək barədəaydın mesaj veriblər. Bununla belə, Kazan görüşündəprezidentlərin baza prinsiplərini razılaşdırıb başa çatdırması ağlabatan deyil. Onun fikrincə, ola bilsin tərəflər bu istiqamətdəirəliləyişənail ola bilərlər. A.Pola görə, Qarabağ danışıqları prosesindəRusiya vəABŞ-ın səyləri koordinasiya olunub. Həmsədr ölkələrin prezidentləri situasiya barədətam məlumatlıdır vəbilirlər ki, münaqişənin həll edilməməsinin hansı nəticələri ola bilər.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Dovill bəyanatını “diqqətlə oxuduqlarını” deyib. APA-ya müsahibəsində o deyib ki, bəyanat həmsədr ölkələrin məsələyə münasibətinin səviyyəsini göstərir: “Azərbaycanın mövqeyi hamıya bəllidir. Biz hər hansı dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqini qəbuledilməz hesab edən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanırıq. Ona görə də güc tətbiq edərək ərazilərin işğal edilməsi və ərazilərin ələ keçirilməsi qəti və birmənalı şəkildə yolverilməzdir. Məhz bu prinsiplərə görə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz olaraq qalmalıdır, təbii ki, əgər bu haqda digər müqavilə yoxdursa...” A. Əzimov qeyd edib ki, Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərinə hörmət edir və anlayır ki, xalqların öz müqəddəratını təyin etmək hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq həyata keçirilməlidir: “Məhz bu prinsiplərdən çıxış edən Azərbaycan münaqişənin həlli nəticəsində, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çəkiləcəyini, insanların öz doğma yurd-yuvalarına qayıdacağını, həyatın normal axara düşəcəyini, azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda sülh şəraitində birgə yaşayacağını və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hər iki icması üçün özünüidarə statusunun müəyyən olunacağını gözləyir. Biz bundan artığını istəmirik, amma bundan azına da razı olmayacağıq. Biz beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazırıq. Bir daha təkrar edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü heç bir danışıqların müzakirə mövzusu kimi nəzərdən keçirmir. Özünüidarəetmə statusu Dağlıq Qarabağın hər iki - azərbaycanlı və erməni icmalarının iştirakı ilə sonrakı mərhələdə müzakirə edilə bilər və biz ümid edirik ki, müzakirə ediləcək. Biz erməni tərəfi ilə bu yolla razılığa gələ biləcəyimizə ümid edirik”.

***

A.Əzimov deyib ki, vaxtın uzanmasına baxmayaraq Azərbaycan ağır danışıqlar prosesində hələ də səbir, maraq və istəyini qoruyub saxlayır. Lakin görünür, danışıqların ağırlığı obyektiv kriteriyalar və səbəblərdən daha çox subyektiv faktorlar və Ermənistanın daxili siyasi çətinliklərindən irəli gəlir. “Biz Ermənistan tərəfinin bundan sonra da Azərbaycan xalqının Dağlıq Qarabağ regionu da daxil olmaqla, öz torpaqlarında yaşamaq hüququnu pozmasına icazə verməyəcəyik. Eyni zamanda biz Dağlıq Qarabağ regionundakı erməni vətəndaşlarımızın azərbaycanlı vətəndaşlarımızla birgə yaşamalarını təmin etməyə hazırıq. Biz Ermənistan tərəfinin torpaqların qaytarılmasını daha da uzatmasını, bəzi əraziləri gələcək siyasi məsələlər naminə ”girov" saxlamasını, eləcə də azərbaycanlı icmanın Dağlıq Qarabağ bölgəsinə geri qayıtmasını rədd etmək cəhdlərini müşahidə edirik və bunlar öz növbəsində Ermənistanın əsl niyyətini nümayiş etdirir. Bu əsaslar üzərində kompromis əldə oluna bilməz".

  • Yazılıb
  • da (də) 2011 Jun 09