Siyavuş Novruzov: Siyasi partiyaların yenidən qeydiyyata görə qorxmağına heç bir əsas yoxdur, çünki qeydiyyatla bağlı ən asan sənədləşmə Azərbaycandadır
g/Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respublikası bölümü
Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunandan sonra bütün siyasi partiyalar yeni tələblərəuyğun şəkildəyenidən qeydiyyatdan keçməlidir. Bu barədəçərşənbəaxşamı Trend-əhakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
“Qeydiyyatla bağlı təklifimiz ondan ibarətdir ki, siyasi partiyalar seçicilərin 0,1 faiz imzasını toplamalıdır. Azərbaycanda 5 milyona yaxın seçici var vəonların 0,1 faizi 5 min nəfər edir. Dünyanın müxtəlif ölkələrindəbu sistem tətbiq olunur. Misal üçün ABŞ-ın bəzi ştatlarında bu göstərici 7 faizəqədərdir. Bəzi dövlətlərdə2 faizdir. Partiyalar respublika üzrəfəaliyyət göstərirlər. Ona görədədüşünürük ki, imzaların toplanması respublika üzrəaparılmalıdır. Hər bir seçki dairəsindən təqribən 200 imza toplanmalıdır”, - Novruzov əlavəedib.
Onun sözlərinəgörə, bu cür praktika Ukraynada vədünyanın bir çox ölkələrindəvar.
“Hətta Ukraynanın siyasi partiyalar haqqında qanununda şəhərlərin adları da göstərilib. Qeyd olunub ki, Xarkovdan, Krımdan vəbaşqa regionlardan nəqədər səs toplanmalıdır. İstəyirik ki, bu, Azərbaycanda da tətbiq olunsun ki, partiyalar məhəlli partiyalar yox, ümumrespublika partiyaları olsun. Siyasi partiyaların yenidən qeydiyyata görəqorxmağına heç bir əsas yoxdur, çünki qeydiyyatla bağlı ən asan sənədləşməAzərbaycandadır”, - Novruzov vurğulayıb.
YAP funksioneri onu da qeyd edib ki, siyasi partiyaların sosial bazası olmalıdır.
“Əgər siyasi partiya alternativ layihələr təklif edirsə, özünün hakimiyyətəgəlmək iddiasını ortaya qoyursa, bu zaman sosial bazası vəelektoratı olmalıdır. Bu sosial baza olmadıqda siyasi iddialar irəli sürməyədəehtiyac yoxdur”, - o qeyd edib.
Novruzovun sözlərinəgörə, partiyaların yenidən qeydiyyatdan keçməsi maliyyələşməməsələsi ilədəbağlıdır.
“Sosial bazanın göstərilməsi siyasi partiyaların maliyyələşməsi üçün vacibdir. Partiyalar dövlət büdcəsindən maliyyələşən zaman əvvəlki qaydalar tətbiq olunarsa, üç-beş nəfər yığışa, partiya yarada vəsonra tələb edəbilər ki, onlara maliyəvəsaiti verilsin. Baş verəbiləcək beləhalların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır”, - millət vəkili bildirib.