Türkiyənin Qars şəhərindəki “Türk-erməni qardaşlıq” heykəlinin aprelin 25-də başlayan uçurlması işi ötən gün dayandırılıb
wellpromised/Aran agentliyi
Türkiyənin Qars şəhərindəki “Türk-erməni qardaşlıq” heykəlinin aprelin 25-də başlayan uçurlması işi ötən gün dayandırılıb.
ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, abidənin sökülməsi üçün istifadə olunan texnikada meydana gələn nasazlıq səbəbilə baş verib. 45 gün bundan əvvəl sökülmə xəbəri yayılan “Türk-erməni dostluğu” abidəsinin uçurlması Avropa Birliyinin tənqidi ilə qarşılaşmışdır.
"İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.
Türkiyə-Ermənistan protokollarının iki ölkə parlamentlərində ratifikasiyası əngəllənəndən sonra, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, məlum abidənin “ücubə ” olduğunu bəyan edib.