Tarix : 2011 Jun 11
Kod 23306

Hacı Elçin:''QMİ-nin açıqlaması heç bir məntiqə uyğun gəlmir''

''Həbsdə olan dindarlar hər hansı bir cinayət işinə görə deyil sadəcə olaraq öz hüquqlarını müdafiə etdikləri üçün həbs olunublar''
wellpromised/Aran agentliyi

Həbsdə olan dindarlar hər hansı bir cinayət işinə görə deyil sadəcə olaraq öz hüquqlarını müdafiə etdikləri üçün həbs olunublar". Bu sözləri Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Elçin Manafov söyləyib.

E.Manafov SalamNews-a açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin tutulanlarla bağlı heç bir xəbəri yoxdu. "Əgər tutulanların kimliyi barəsində məlumatı olsaydı belə bir açıqlama verməzdilər".

Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bununla bağlı açıqlamasında bildirmişdi ki, 6 may aksiyasında həbs olunanlar dindar olduqları üçün deyil, qanunları pozduqlarına görə ittiham olunurlar. İdarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirmişdi: “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar. Onlarla bağlı hər hansı müraciətin olub-olmadığını deyə bilmərəm”.

Məsələyə münasibət bildirən Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Elçin Manafov isə tutulan 32 nəfərərin heç birinin cinayətkar olmadığını bildirib: "Məsələ QMİ-nin dedikləri kimi deyil tam əksidir. Həbs olunanlar vicdanlı, əxlaqlı, cəmiyyətin ən gözəl insanlardır".

"QMİ-nin açıqlaması heç bir məntiqə uyğun gəlmir. Yaxşı olardı ki, bu idarə tutulanların kimliyi barəsində dəqiq məlumat toplasın sonra öz qərarını versin", deyə Hacı Elçin Manafov bildirib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 11