Tarix : 2011 Jun 11
Kod 23313

Vicdanın fəryadı: ''Açmayın hicablarınızı''

Fatimənin(ə.s), Zeynəbin(ə.) davamçıları, ümüd dolu gənclərə!
wellpromised/Aran agentliyi

Böyük olmaq üçün deyil, böyük Allaha inandığınız üçün açmayın hicablarınızı!

Ümidi verən zalım deyil, ümid bizik. Zalımın ümidini qırmaq üçün açmayın!

Zillətə boyun əyib şüar sahibi olmaqdansa, zillətin boynunu qırın, şüarınız “Müsəlman “ olsun!

 “Heyhat Minna Zilləh” deyə bağırsın hicabımız!

 Gözlərimiz Zeynəb kimi baxsın!

Qamçılandıqca yüksələn səsimiz, səsimiz Rüqəyyanın səsi kimi yayılsın zalımın qulaqlarında. Sizin haqqınızda “ ən müasir”, “ən demokratik” qanun çıxardanlara zərbələr endirin ardı ardına hicabınızla!

 “Boş başa deyil, elm dəryasına taxdıq biz hicabımızı” deyin yüksələn savadınızla!

Qadın haqqları” deyə bağıran bir qrup, biçarə əslində yavaş-yavaş özünü də məhv etdiyinin fərqində deyil.

 İslamın yüksək tutduğu qadın sadəcə bir alış-veriş mərkəzində işıqlı bir lövhədə reklam aləti olmamalıdır! İki gün sonra bu afişlər ayaqlar altında qalır. Budurmu qadına verilən dəyər?

 Sizsiniz ümüdi yetişdirən, sizlər ümidə xidmət edənlərsiniz. İnsan yetişdirməyi, həqiqi insan yetişdirməyi müsəlman qadından başqa kim boynuna götürə bilər?

Kim vətəni üçün canından keçəcək Mübarizlər, Fəridlər yetişdirə bilər?

 Bu ölkədə məktəblərdə, universitetlərdə sadəcə modaya xidmət edən modellər yetişdirmək istəyirlərsə biz bu şərəfə nail olmaq istəmirik!

Açmayın hicablarınızı! Zillətin ipini bağlatmayın boynunuza!

 Saçlarımız deyil , biliyimiz alsın diplomları!

Bu zalım fikirlilərin beyninə zərbə endirəcək igidlər yetişdirsin analarımız. O analardan olmaq üçün açmayın!

Ey Hicabın azadlığı uğrunda azadlığından keçən qardaşlarım! İnanın ki, siz azadsınız, “hürr”sünüz!

 Ey Zühurun həsrətini bütün hüceyrələrində , damarlarında hiss edən bacim! Səbr et, əlbət ki o Günəş bir gün parlayacaqdır!

Unutmayın ki, nəsli kəsilmş olanlar onlardır. Bunu Allah öz ayəsiylə təsdiq etmişdir. ’’İnnə şəniəkə huvəl əbtər!’’

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 11