Tarix : 2011 Jun 11
Kod 23320

Ramiz Mehdiyev rəsmi Bakının Kazana apardığı təklifləri açıqladı

''Hər halda biz bu görüşdən çox şey gözləyirik. Ümid edirik ki, bu görüş həmin məsələnin, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə təkan verəcək
wellpromised/Aran agentliyi

AzərTac dövlət agentliyinin verdiyi məlumata görə, Prezident Administrasiyasının sədri Ramiz Mehdiyev iyunun 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazanda keçiriləcək görüşündən nə gözlənilməsi barədə sualı cavablandıraraq bildirib ki, üç prezidentin görüşündə Dağlıq Qarabağ məsələləri də müzakirə ediləcək.

Onun sözlərinə görə, həmin görüşdən nə gözlənilməsi barədə indi nə isə demək çətindir: "Hər halda biz bu görüşdən çox şey gözləyirik. Ümid edirik ki, bu görüş həmin məsələnin, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə təkan verəcək. Bu mənada Azərbaycanın mövqeyi məlumdur, cənab Prezident İlham Əliyev bunu dəfələrlə deyib. Bu, ərazi bütövlüyü və Dağlıq Qarabağ üçün yüksək muxtariyyətdir. Aşkardır ki, həmin məsələlərin müzakirəsi bu rakursda aparılacaqdır. Bu görüşün nə ilə nəticələnəcəyini indi söyləmək çətindir. Hər halda Azərbaycan ictimaiyyəti gözləyir ki, bu görüş həmin problemin həllində irəliləyiş üçün yeni təkan verəcək".

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov "Reuters" agentliyinə müsahibəsində deyib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu ayın sonuna nəzərdə tutulan Kazan görüşündə də Qarbağ münaqişəsinin həlli üçün ciddi nəticələr gözləmir: "Mən Kazan görüşünə o qədər də optimist deyiləm."

Nazir müavini həmçinin əlavə edib ki, Bakı sülh danışıqlarına müəyyən qədər yumşaqlıq gətirməyə hazırdır: "Amma biz beynəlxalq hüququn prinsiplərindən nə kənara çıxa bilərik, nə də həmin prinsiplərdə göstəriləndən azına razı ola".

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 11