Tarix : 2011 Jun 11
Kod 23321

Hicab qadağasına etirazına görə həbs olunmuş dindar istintaqın gedişatından narazıdır

Hicab qadağasına etirazına görə həbs olunmuş Azərbaycan İslam Partiyası Astara rayon təşkilatının sədri Rufulla Axundzadə istintaqın gedişatından narazıdır
wellpromised/Aran agentliyi

Hicab qadağasına etirazına görə həbs olunmuş Azərbaycan İslam Partiyası Astara rayon təşkilatının sədri Rufulla Axundzadə istintaqın gedişatından narazıdır.

Bunu onun oğlu Məhəmmədəli Axundzadə Mediaforum saytına bildirib.

Atası ilə Baakı İstintaq Təcridxanasına görüşən Məhəmmədəli Axundzadə deyib: " Atamın səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Sadəcə, istintaqın gedişatından narazıdır. Çünki 5 aylıq istintaq dövrü zamanı ondan sadəcə 2 dəfə ifadə alınıb. Sonda isə bəlli oldu ki, onun həbsinin əsas səbəbi "Səhər" kanalındakı çıxışı ilə bağlıdır. Atam isə bütün ittihamları əsassız hesab edir. Onun sözlərinə görə, sonuncu dəfə izahat verəndə müstəntiq onun dediklərini deyil, öz istədiyini izahata qeyd etdi. Amma deyə bilmərəm ki, atam həmin izahata imza atıb, ya yox". 

  • Yazılıb
  • da (də) 2011 Jun 11