Qafqaz müsəlmanları idarəsinin üzərində dini və etiqadı məsələlərlə bağlı ağır məsuliyyət olsa da, müşahidələrə görə bu qurum Azərbaycan Respublikasında hicab problemi ...
wellpromised/Aran agentliyi
Qafqaz müsəlmanları idarəsinin üzərində dini və etiqadı məsələlərlə bağlı ağır məsuliyyət olsa da, müşahidələrə görə bu qurum Azərbaycan Respublikasında hicab problemi , etiqad azadlıqlarına dövlətin müdaxiləsi kimi məsələlərin həllində fəal rol oynamır. Bəlkə də heç maraqlanmır .
Hətta Şeyx-ül-islamın tənqidçiləri deyirlər ki, idarə sovet dönəmindən bəri dini-mənəvi dəyərlərdən daha çox , hakim qüvvənin maraqlarının keşiyində dayanıb . Necə deyərlər , inanclı kəsimi nəzarətdə saxlamaq üzrə ixtisaslaşıb . Belə olmasaydı Qarabağ məsələsindən sonra ölkənin az qala bir nömrəli probleminə çevrilən hicab qadağasının həllinə bir yol tapardı , inanclı qızların orta məktəblərdə hicabla bağlı üzləşdiyi problemi yoluna qoyardı .
Lakin bu xüsusda nəinki lazımı addımı atmır , hətta belə demək olarsa ,dindarları şərləməyə başlayıb .
Bunun bariz nümunəsi idarənin mətbuat katibi Rəhimə Dadaşovanın dilindən səslənib . O dolayısı ilə hicab məhbuslarını hansısa cinayət törətməkdə suçlayıb və həbsləri əsaslandırmağa çalışıb. Onun açıqlaması Azərbaycan Respublikasında ciddi narahatlıqla qarşılanıb . Bu açıqlamanı istər ruhanilər , istər hüquq müdafiəçiləri , istərsə də sadə vətəndaşlar tənqid atəşinə tutublar. Onlar deyirlər ki, Qafqaz müsəlmanları idarəsi yanvardan bəri Azərbaycanda həbsə salınan , hətta silah saxlamaq ittihamı ilə tutulan dindarlarla bağlı etiraz səsini qaldırmalı idi . Onların fikrincə , bir dini qurum Azərbaycanda dini azadlıqları qoruya bilmirsə , bütöv Qafqazda necə qoruyacaq? Hicab məhbusları məsələsində müşahidələr göstərir ki, hicab qadağasına etiraz edən və dindarların tutulmasının səbəbi elə hicaba qadağa kompaniyasına etiraz etmələri olub. Lakın həm Qafqaz müsəlmanları idarəsi , həm də dini qurumlarla işlər üzrə dövlət komitəsi məsələnin belə qoyulması ilə razılaşmırlar.
Məsələn ,sözü gedən komitənin bəyanatında deyilir : Bir mənalı şəkildə bildiririk ki, ölkəmizdə din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir.
Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına , Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə , Azərbaycan Respublikasının konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Bu vəziyyətdə əgər Qafqaz müsəlmanları idarəsi inanclıların müdafiəsinə qalxmazsa , sözü gedən qurum öz legitimliyini itirməzmi ?