wellpromised/Aran agentliyi
Ermənistan əhalisinin 85%-i acdır, daha 15%-i isə doyunca yeyə bilmir. Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, nəticədə cəmiyyətin 15%-i sağlam, 85%-i isə xəstədir. Bunu Gümrüdən olan nevropatoloq Anait Qalstyan bildirib. O, xüsusilə uşaqlar və yeniyetmələrin aclıqdan əziyyət çəkdiyini söyləyib. «Bu, stresə, əsəb gərginliyinə səbəb olur. Ac adamdan başqa nə gözləmək olar? Cəmiyyətimiz acdır və bu haqda ciddi düşünmək lazımdır», - deyə o, qeyd edib: «Normal yaşamaq üçün gündə 3 dəfə yemək, bunun üçün isə pul lazımdır. Ölkədə orta aylıq qazanc təxminən 240 dollardır. Bu, heç 1 nəfərin yaşamasına kifayət etmir. Əksər insanlar çox baha olduğu üçün heç meyvə də ala bilmir».
Deyerler.org