Tarix : 2011 Jun 11
Kod 23327

Həbs edilən dindarlar haqqında məlumat

May ayının 6-sı Təhsil Nazirliyi qarşısında keçirilən ''Hicaba Azadlıq!'' aksiyasında həbs edilən və barələrində cinayət işi açılmış 16 dindarın kimliyi haqda məlumat
wellpromised/Aran agentliyi

May ayının 6-sı Təhsil Nazirliyi qarşısında keçirilən "Hicaba Azadlıq!" aksiyasında həbs edilən və barələrində cinayət işi açılmış 16 dindarın kimliyi haqda məlumat:

 

1. Bağırov Tale Kamil oğlu. İlahiyyatçıdır. İraqın Nəcəf və İranin Qum şəhərində dini təhsil alib. Höccətül-islamdır. Ailəlidir. Bir övladı var.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur.

2. Məmmədov Rövşən Arif oğlu. Ailəlidir. Az yaşlı oğlu var.

3. Hüseynov Əlvan Aslan oğlu. Ailəlidir. Az yaşlı övladı var. Atası Aslan Hüseynov Qarabağ döyüşlərində iştirak edib. 2-ci qrup əlilidir.

4. Nuriyev Rüfət Fazil oğlu - O may ayının 6-sı Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba Azadlıq!" aksiyasında həbs edilib bir gün polis bölməsində saxlanıldıqdan sonra azad edilib. Amma bir gün sonra Polis əməkdaşları onu yaşadığı ünvana gələrək Nərimanov Rayon Baş Polis İdarəsinə aparıblar. Hal-hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Ailəlidir. Övladı olacaq. Ailədə yeganə işləyən şəxs o idi. Atası Fazil Nuriyev 2-ci qrup əlilidir.

5. İsmailov Tərlan Balakişi oğlu - Subaydır. O may ayının 6-sı Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba Azadlıq!" aksiyasında həbs edilib. İsmailov Tərlan aksiya zamanı polis əməkdaşları tərəfindən ciddi təzyiqlərə məruz qalmışdır.

6. Vəliquliyev Rəşad Cümşüd oğlu - Ailəlidir. 2 yaşında qız övladı var.

7. Ələkbərov Taleh Nadir oğlu - Ailəlidir. 10 yaşlı oğlu var.

8. Abbasov Elşən Sərdar oğlu - O may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasından həbs edilərək 15 sutka həbs cəzası ilə azadlıqdan məhrum edilib. 15 sutka həbs müddəti bitdikdən sonra Kürdəxanı təcridxanasına köçürülüb. Bərdə rayon sakinidir.

9. İsgəndərov Zaur Şahlar oğlu - əlavə məlumat yoxdur.

10. Orucov Şirxan Zöhrab oğlu - əlavə məlumat yoxdur.

11. Novruzov Çingiz Famil oğlu - O may ayının 6-sı Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba Azadlıq!" aksiyasında həbs edilib bir gün polis bölməsində saxlanıldıqdan sonra azad edilib. Amma bir gün sonra Polis əməkdaşları onu yaşadığı ünvana gələrək Nərimanov Rayon Baş Polis İdarəsinə aparıblar. Hal-hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Subaydır.

12. Yusifov Araz Vasif oğlu - əlavə məlumat yoxdur.

13. Əsgərov Məhəmməd Tofiq oğlu - əlavə məlumat yoxdur.

14. Abdullayev Mais Firuz oğlu - əlavə məlumat yoxdur.

15. Məmmədov Nurani Əhməd oğlu - Ailəlidir. Atası və anası vəfat edib. Evin tək oğludur.

16. Tural - əlavə məlumat yoxdur. May ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında həbs edilən Tural adlı şəxs barəsində araşdırma davam edir.

Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.

Azadxeber.az

  

  • Yazılıb
  • da (də) 2011 Jun 11