Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov ''Reuters''ə müsahibəsində qeyd edib ki...
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Araz Əzimov "Reuters"ə müsahibəsində qeyd edib ki, Azərbaycan özünün "Dəryal" analitik informasiya mərkəzinin - Qəbələ RLS-in istifadəsinə görə Rusiyadan daha çox icarə haqqı istəyir. 2012-ci ildə müddəti başa çatan icarə müqaviləsini Moskva uzatmaq istəyir. Rusiya bu stansiyanın istifadəsinə görə ilə 10 milyon dollar ödəyir.
Araz Əzimov deyir ki, Bakı müqavilənin müddətini uzatmağa hazırdır, amma onun şərtlərinin dəyişdirilməsini istəyir. O, Bakının istədiyi yeni icarə məbləği haqqında bir məlumat verməyib. Yalnız onu bildirib ki, risklərin artması və onun əhəmiyyətinin yüksəlməsinə görə icarənin məbləği də qaldırılmalıdır.
Qəbələ RLS Rusiyanın raketdən müdafiə sisteminin mühüm elementidir və cənub istiqamətindən mümkün raket zərbələri barədə əvvəlcədən xəbərdarlıq edir.
Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən radiolokasiya stansiyası.SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub.İstismara 1985-ci ildə verilib.
Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib.
Hal-hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəsisləri də fəaliyyət göstərir.
Bir neçə il əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirməsinin əvəzinə onun birgə istifadəsini təklif edib. Amma ABŞ bununla razılaşmayıb.