Ermənistanda istehsal olunan ərzaq məhsullarının Azərbaycanin bazarlarına müxtəlif yollarla ayaq açması təzə xəbər deyil
wellpromised/Aran agentliyi
Ermənistanda istehsal olunan ərzaq məhsullarının Azərbaycanin bazarlarına müxtəlif yollarla ayaq açması təzə xəbər deyil. Heç kəsə sirr deyil ki, Ermənistanın bir neçə iri qida məhsulları istehsal edən şirkəti xammalla ölkəmizdəki bəzi işbazlar tərəfindən gizlin şəkildə təmin edilir.
Bu barədə müntəzəm olaraq xəbərlər yayılır, qəzetlər də faktı geniş işıqlandırır. Bu cür xəbərlər isə hər dəfəsində əhalinin ərzaq təhlükəsizliyi məsələsini gündəmə gətirir. Ərzaq məhsullarının satışına dövlət nəzarətinin həddən artıq bərbad vəziyyətdə olmasının nəticəsidir ki, paytaxtın iri bazar və mağazalarında açıq aşkar erməni məhsulu satılır. Eynən “Kvas Taras” içkiləri kimi. Hazırda bu içki bütün satış mərkəzlərini bürüyüb. Üzərində erməni, ukrain, gürcü dilində yazılar olan bu içkinin ölkəyə gətirilməsinin məsuliyyətini isə aidiyyatı qurumlar bölüşmür. Gömrük komitəsindən deyilir ki, bu içkilərin haradan gətirilməsinin məsuliyyəti onların üzərinə düşmür. Standartlaşdırma və Patient üzrə Dövlət Komitəsi isə məsuliyyətin Gömrük Komitəsinin üzərinə düşdüyünü iddia edir.
Lakin bu ötür-ötür oyunu vəziyyəti dəyişmir. Ölkənin ərzaq təhlükəsizliyi təhdid altındadır və bu təhdidin də bir qəzet yazısı ilə aradan qalxmayacağı aydın görünür.
Yeni Müsavat