Tarix : 2011 Jun 12
Kod 23334

Hacı İlqar İbrahimoğlu: “Doktor Mövsüm Səmədovu xatırlamaq mənim üçün ilahi tövfiqdir

Hacı Mövsümün ittiham olunduğu maddələrin ona heç cür aid olmaması - məncə gün kimi aydındır. Allah qapısını açsın Hacı Mövsümün tezliklə, inşəallah”
wellpromised/Aran agentliyi

 

Hacı Mövsümün ittiham olunduğu maddələrin ona heç cür aid olmaması - məncə gün kimi aydındır. Allah qapısını açsın Hacı Mövsümün tezliklə, inşəallah”.

“Arannews”in “Haqqyolu” saytına istinadla verdiyi məlumata əsasən, “Cümə” məscdinin imam-camaatı, DEVAMM-ın sədri bəyanat verərək Azərbayacanda etiqadi məsələlərlə bağlı həbs olunanların hamısının azadlığa buraxılmasını istəmişdir. O, Hacı Mövsümü və  hicab məhbuslarını həzrət Yusifə və həbsxananı onlar üçün Yusifiyyəyə bənzədərək “Bütün Yusifiyyə əhlinə salamlar!”- deyə müraciət etmişdir. Həmçinin, Hacı İlqar mübarək Rəcəb ayının əzəmətini xarıtladaraq, deyib: “Belə gətirdi ki, bu Rəcəb ayına bir neçə tanıdığım mənəvi insanın zindanda olması ilə daxil oldum. Zindan... İnsan azadlığının məhdudlaşdığı bir məkan. Zatən, bu dünya mömin üçün gerçəkdən bir zindandır”.

DEVAMM-ın sədri sözünü belə davam etmişdir: “Əminəm ki, bu mənəvi insanlar Rəcəb ayının orucundan bəhrələnirlər. Günləri zikrlə, dua ilə keçir. Düşündüm ki, bu arada bu inanc insanlarının bir neçəsini xatırlamaq istəyimiz - ilahi bir tofiqatdandır”.

Hacı İlqar İbrahimoğlu artırdı: “Hacı Mövsümlə ilk tanışlığmız Avropa Məktəbinin növbəti sessiyası zamanı baş tutdu. Məhərrəm-Səfər əyyamı idi. Qubanın qədim məscidlərinin birinə namaza getdim. Orada namazdan və mərasimdən sonra tanışlığımız baş tutdu. Şama dəvət edildim. Bir neçə saat hər ikimizin doya bilmədiyi mənəvi söhbətlər etdik. Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirindən tutmuş, məntiq elmindəki hüsuli və hüzuri anlamın metodolojilərinə qədər. İki ruhani-tələbə arasında vəcdverici bir söhbət. İllər keçdi. Hacı Mövsüm siyasi fəaliyyəti ilə əlaqədar Bakıya gəldi. AİP-in sədri seçildi. Amma münasibətlərimizi hər zaman iki ruhani-tələbə mənəvi münasibətləri tutumunu itirmədi. Hətta hər hansı baş verən olaya nəzəri-praktiki fərqli yanaşmamız olanda belə”.

DEVAMM-ın sədri xatırladı: “Hacı Mövsümün ittiham olunduğu maddələin ona heç cür aid olmaması - məncə gün kimi aydındır. Allah qapısını açsın Hacı Mövsümün tezliklə, inşəallah”.

Hacı İlqar İbrahimoğlu bəyanatının davamında Hacı Talehə, Hacı Yusif Hocaya, Gəncə ruhaniləri Hacı Azər, Hacı Fəxri, Hacı Vaqif, Seyyid Fəramiz və zindanda olan neçə-neçə digər məhbuslara işarə etmiş və bərəkətli Rəcəb ayında onların azadlığı üçün bir fərəc olamasını arzulamışdır.

Qeyd edək ki, İslam Partiyasının sədri Hacı Mövsüm, bu partiyanın digər məsul üzvləri və başqa ruhanilər ilə birlikdə hicabın məktəblərdə qadağan olmasına qarşı etiraz etdikləri üçün Yanvar ayından indiyə kimi hələ də zindandadırlar.

AİP-in sədri öz sön çıxışında Azərbaycan Prezidentini Yezidlə müqayisə etmişdi. 

  • Yazılıb
  • da (də) 2011 Jun 12