Tarix : 2011 Jun 12
Kod 23335

Hakimiyyət bütün büdcə təşkilatlarında çalışanları mitinqə qatılacaqlarına görə təhdid edir

Müxalifətin iyunun 19-na təyin etdiyi mitinqdən ciddi şəkildə narahat olan hakimiyyət önləyici tədbirlər görməyə başlayıb
wellpromised/Aran agentliyi


Müxalifətin iyunun 19-na təyin etdiyi mitinqdən ciddi şəkildə narahat olan hakimiyyət önləyici tədbirlər görməyə başlayıb. TİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, iqtidar artıq bununla bağlı fəaliyyətə belə başlayıb.
Məlumatlarda deyilir ki, büdcə təşkilatlarında çalışan bütün işçiləri təhdid edən rəsmi dairələr onlardan müxalifətin aksiyasına qatılmamağı tələb edir. Həmçinin onlara xəbərdarlıq edilib ki, əgər kimsə 19 iyun mitinqinə qatılarsa, onun işdən çıxarılması ilə yanaşı, barəsində bəzi sərt addımlar da atıla bilər.
Mənbə iddia edir ki, hal hazırda əsas diqqət səhiyyə və təhsil sahəsində çalışanlara yönəlib. Buna səbəb də hakimiyyətin bu sahələrdə çalışanlardan əmin olmamasıdır. Belə ki, aşağı əmək haqqı alan həkim və müəllimlər vaxtaşırı etirazlarını iqtidara çatdırır və bununla bağlı bir neçə dəfə narahatlıqlar da yaşanıb. Bundan başqa, müxalifətə rəğbət bəsləyənlərin arasında çoxluq təşkil edən səhiyyə və təhsil işçilərinin 19 iyun aksiyasına qatılma risqi daha böyük hesab olunur.
Amma mənbə TİA.AZ-a onu da bildirir ki, bütün bunlara rəğmən, büdcə təşkilatlarında çalışanların bəziləri müxalifətin keçirəcəyi aksiyaya qatılmaq fikrindədir. Onlar hakimiyyətin təhdidlərini ciddiyə almadıqlarını və aksiyada iştirak edərək, haqlarını tələb edəcəklərini bildirirlər.

tia.az 

  • Yazılıb
  • da (də) 2011 Jun 12