Tarix : 2011 Jun 13
Kod 23356

1.5 milyarddan çox müsəlmanın birliyi dünyada təyinedici hərəkət yaradacaq

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri bildirib ki, 1.5 milyarddan yuxarı müsəlmanın birliyi dünyada böyük ...
wellpromised/Aran agentliyi

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri bildirib ki, 1.5 milyarddan yuxarı müsəlmanın birliyi dünyada böyük və təyinedici bir hərəkət yaradacaq.

İslam Şurası Məclisi Xəbər Agentliyinin məlumatına görə Əli Laricani bu gün İndoneziyanın paytaxtı Cakartada yerləşən İranın Mədəniyyət Mərkəzində deyib:" Avropa ölkələri 500 milyon nəfərlik əhali ilə başa düşüblər ki, birliklə öz məqsədlərinə çata bilərlər, halbuki 1.5 milyarddan yuxarı müsəlman dünyada böyük bir cərəyan yarada bilər.

Laricani Tunis, Liviya, Misir, Yəmən və Bəhreyndəki inqilablara toxunaraq, deyib:" Regionda xalqların hərəkəti müsəlmanların oyanışının nişanəsidir. Çünki onlar istəyirlər ki, öz talelərinə hakim kəsilən diktatorların hökmranlıqlarından xilas olsunlar".

  • Yazılıb
  • da (də) 2011 Jun 13