Tarix : 2011 Jun 13
Kod 23357

Rusiya erməni ordusunu cəsarətləndirir?

Üç ölkə prezidentləri arasında iyun ayının 25-də Kazanda keçiriləcək Qarabağ danışıqlarının ərəfəsində...
wellpromised/Aran agentliyi

Üç ölkə prezidentləri arasında iyun ayının 25-də Kazanda keçiriləcək Qarabağ danışıqlarının ərəfəsində, Rusiyanın daxili bazar qiymətləri ilə Ermənistana silah satması xəbəri dəqqət mərkəzində olub.

"Hərbi-sənaye kuryeri" ("Voennıy-promışlennıy kuryer") adlı jurnalın verdiyi məlumata görə, Rusiya hökuməti Ermənistana ölkədaxili qiymətlərlə silah satılması barədə göstəriş verib. Bununla əlaqədar "Hərbi-sənaye kuryeri" jurnalına açıqlamasında "Rosoboroneksport"un (Rusiya hərbi silahlarının satışı üzrə dövlət şirkəti-red.) mühüm tapşırıqlar üzrə icraçı direktoru Nikolay Dimidyuk ölkə rəhbərliyindən onlara müvafiq tapşırığın verildiyini bildirib. O xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə silahın daxili bazar qiyməti ilə satılması barədə hələ bir neçə il əvvəl adı çəkilən qurumun toplantılarından birində razılıq əldə edilib. Onun fikrincə, burada qeyri-adi heç nə yoxdur. Lakin Dimidyuk etiraf edib ki, hökumətin gözlənilmədən bu məsələ ətrafında operativlik göstərməsi onlar tərəfindən təəccüblə qarşılanıb: "KTMT üzvlərinə daxili bazar qiymətləri hesabına silah satılması bizim işimizdə çətinliklər yaradacaq. Çünki bunun üçün əlavə maliyyə qaynaqları axtarmaq və kredit götürmək lazım gələcək".

Bir müddət bundan əvvəl də KTMT-nin rəhbəri general Bordyuja da bölgədə yenidən müharibə başlayacağı halda rəhbəri olduğu qurumun Ermənistana yardım edə biləcəyi barədə rəsmi açıqlama ilə çıxış etmişdi.

  • Yazılıb
  • da (də) 2011 Jun 13