Tarix : 2011 Jun 13
Kod 23359

Azərbaycan Respublikası Rusiya münasibətlərini genişləndirmək əzmindədir

Azərbaycan Respublikasının prezidenti Rusiya ilə münasibətlərin gücləndirilməsini vacib sayıb
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikasının prezidenti Rusiya ilə münasibətlərin gücləndirilməsini vacib sayıb.

Trend informasiya agentliyinin məlumatına əsasən , İlham Əliyev Rusiyalı həmkarına ünvanladığı məktubda " Rusiya günü " təbrik edib, məktubda iki ölkə arasında siyasi ictimai və iqtisadi münasibətlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Rusiyanın prezidenti Dimitri Medvedyev də azərbaycanlı həmkarının bu xoş münasibətinə görə məmnunluq ifadə edərək iki ölkə arasından strateji münasibətlərin gücləndirilməsinin region xalqı üçün sülh və sabitliyi töhfə gətirəcəyini arzulayıb.

Son aylar rəsmi Bakı regiondakı qədim partiyunerləri ilə münasibətlərin gücləndirilməsini gündəmə gətirib.

Siyasi ekspert rəsmi Bakının bu addımını işğal olunmuş torpaqların azad edilməsində qərbli müttəfiqləri ilə qurduğu münasibətlərdən məyus olması ilə əlaqələndirirlər.

Qeyd edək ki , ATƏT-in Minsk həmsədrlərindən olan Rusiya son aylar Qarabağ münaqişəsinin nizama salınması sahəsində Minsk Qrupunun digər həmsədrlərindən təşəbbüsü çıxarmaq məqsədilə Azərbaycan Respublikası və Ermənistan rəsmilərinə ev sahibliyi etməyə cəhd göstərib.

Xatırladaq ki , Azərbaycan Respublikası , Rusiya və Ermənistan prezidentləri mart ayında Qarabağ münaqişəsinin həlli məqsədilə keçirdikləri 3 tərəfli görüşdə Qarabağ münaqişəsinin həllinin zəruriliyini vurğulamışdılar.

  • Yazılıb
  • da (də) 2011 Jun 13