Tarix : 2011 Jun 13
Kod 23362

“BUNUN BİR ADI VAR – XƏYANƏT”

İctimai Palatanın Kordinasiya Şurasının bu gün keçiriləcək növbəti toplantısına Qərb ölkələri diplomatlarının dəvətli olması, onların bu tədbirdə iştirak edəcəyinə dair məlumat dərc etmişdi
wellpromised/Aran agentliyi

Araz Əlizadə: “Qərbin məqsədi Azərbaycanda hakimiyyəti dəyişmək yox, hökümətdən daha artıq pay qoparmaqdır”

QayNar: Qaynar.info dünən, İctimai Palatanın Kordinasiya Şurasının bu gün keçiriləcək növbəti toplantısına Qərb ölkələri diplomatlarının dəvətli olması, onların bu tədbirdə iştirak edəcəyinə dair məlumat dərc etmişdi. Etibarlı mənbənin Qaynar.info-ya verdiyi məlumat dünən təsdiqini tapıb. Mətbuata açıqlama verən ABŞ səfirliyinin rəsmisi deyilənləri təsdiq edib.

İctimai Palatada təmsil olunan müxalifət liderlərinin bu addımı ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Əksəriyyət baş verənləri İctimai Palatanın dövlətçilik maraqlarının əleyhinə getməsi, ölkənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir. İstənilən halda problemləri daxildə həll etmək yolunu qoyub, nicatı xaricə axtarmaq mənəvi baxımdan da təqdir oluna bilməz. Digər tərəfdən Qərb diplomatlarının cəm halında müxalifətin tədbirinə qatılıb, Azərbaycanın daxili vəziyyəti ilə bağlı təkliflər səsləndirməsi də başadüşülən deyil.

Məsələ ilə bağlı Qaynar.info-ya danışan müxalifət liderlərindən olan ASDP həmsədri Araz Əlizadə baş verənləri biabırçı hadisə kimi qiymətləndirdi: “Olduqca untanverici hadisədir. İctimai Palatanın atdığı addımlar, gördüyü işlər heç bir normal mənitiqlə başa düşülmür. Gəlin araşdırma aparaq, görək ki, həmin o tədbirə dəvət olunan diplomatlar Azərbaycanı sevirlər, yoxsa yox. Əgər o diplomatlar Azərbaycanı sevirlərsə nədən BMT-də Qarabağ probleminin həllində bizə dəstək vermirlər. Onlar həqiqətən də Azərbaycanın dostudurlarsa, ölkəmizi sevirlərsə, niyə milyonlarla qaçqını olan, ərazisinin 20 faizi işğal olunan bir ölkənin haqqını beynəlxalq səviyyədə tanımırlar. Əlbəttə ora yığışan diplomatlar Azərbaycanın dostu deyil, yeri gəlsə düşmənləridir. Düşmənlə də oturub ölkədaxili vəziyyəti müzakirə etməyin isə yalnız bir adı var – xəyanət”.

Konkret olaraq Qərb diplomatlarının tədbirdə iştiraka razılıq verməsinə gəlincə ASDP həmsdəri söylədi ki, onlara dəvət gəlib və dəvəti də qəbul ediblər: “Günah ora toplaşan səfirlərdə yox, onları ora dəvət edən adamlardadır. İndiyə qədər İctimai Palatada təmsil olunan partiya sədrləri təbliğatını o istiqamətdə qurublar ki, guya Qərb onları dəstəkləyir. Amma bu boş xülyalardır və onların hakimiyyətə qayıdacağı ilə bağlı açıqlamaları blefdir. İndi də kütləni inandırmaq və qızışdırmaq istəyirlər ki, guya Qərb bu dəfə də bunları dəstəkləyir və hakimiyyətə gətirəcək. Tamamilə yalan vədlər və heç bir əsası olmayan boş sözlərdir. Sadəcə diplomatlar ora dəvət olunub və onlar da dəvəti qəbul edib tədbirdə iştirak edirlər. Qərbin məqsədi Azərbaycanda hakimiyyəti dəyişmək yox, hökümətdən daha artıq pay qoparmaqdır”.

  • Yazılıb
  • da (də) 2011 Jun 13