Tarix : 2011 Jun 13
Kod 23365

Azərbaycanlı siyasi analitik Hakim Əlizadə Əhməd Davutoğlu ilə fikir mübadiləsi aparıb

Azərbaycanlı siyasi analitik Hakim Əlizadə Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğluyla görüşüb
wellpromised/Aran agentliyi

HaqqYolu -  Türkiyədəki Beynəlxalq Strateji Təhqiqat Qrupunda Yaxın Şərqdəki prosesləri araşdıran gənc azərbaycanlı siyasi analitik Hakim Əlizadə bu ölkənin Xarici İşlər Naziri Əhməd Davudoğluyla görüşüb.

Elm adamları, tədqiqatçılar və tələbələrlə görüşmək üçün Əhməd Davudoğlu İstanbula gəlib. İstanbul Şəhər Universitetində baş tutan görüş iki saatdan artıq çəkib və səmimi dialoq qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Görüş zamanı Hakim Əlizadə apardığı araşdırmaların bəzi məqamlarını və siyasi, geopolitik təhlillərini Əhməd Davudoğluyla bölüşüb. Gənc tədqiqatçının araşdırmalarını yüksək qiymətləndirən Türkiyəli nazir, həmyerlimizə fəaliyyətində uğurlar arzulayaraq bəzi tövsiyələrini bildirib.

Hikmət Əlizadə ilə Əhməd Davudoğlu arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki son durum və Türkiyə Cümhuriyyətinin Qafqaz regionundakı siyasətinin bəzi məqamları ilə bağlı fikir mübadiləsi olub.

Əlizadənin SalamNews - a verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Naziri ilə görüş zamanı Liviyadakı vətəndaş müharibəsi, Suriyadakı qarışıqlıq, Fələstin münaqişəsi, Bəhreyn və Yəməndəki proseslər, həmçinin 12 iyunda Türkiyədə keçiriləcək parlament seçkiləri kimi bir çox məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Hakim Əlizadə, dekabrın 2-də Hindistandan yola çıxan və blokada şəraitində yaşayan Qəzza əhalisinə humanitar yardım aparan “Asiyadan Qəzzaya” adlı karvanın yeganə Azərbaycanlı üzvü olub. Ümumilikdə karvan Azərbaycan, İndoneziya, İordaniya, İran, Hindistan, Pakistan, Türkiyə, Bəhreyn, Suriya, Malayziya, Yaponiya və Banqladeşdən olan 155 nəfərdən ibarət olub.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 13