Tarix : 2011 Jun 13
Kod 23366

ALLAHŞÜKÜR PAŞAZADƏ NİYƏ SIXIŞDIRILIR?

Hakimiyyət dindarlarla qırılmış körpüləri bərpa etmək üçün yollar axtarır
wellpromised/Aran agentliyi

Son günlər Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə qarşı təzyiqlər artıb. Hətta iş o yerə çatıb ki, onun libasına qarşı Milli Məclis səviyyəsində atmacalar səsləndirilir. Bəziləri bunu vaxtaşırı Şeyxə qarşı olan təzyiqlər dalğası kimi qiymətləndirsə də, bunun adi tənqid səviyyəsindən aşdığı qənaətində olduğunu söyləyənlər də var.

FaktXeber.com-a daxil olan məlumata görə, hökümət Azərbaycanda inanclı kəsimin günü-gündən artmasını və bunun yaxın 5-10 il ərzində hakimiyyət üçün ciddi bir müxalifətə çevriləməsindən əndişəyə düşüb. Allahşükür Paşazadə isə getdikcə nəinki Azərbaycanda, hətta regionda öz imicini əldən verməkdədir. Bundan əlavə o, ciddi şəkildə xəstədir. Hakimiyyət isə dindar kəsimlə əlaqə yaratmaq üçün körpü axtarır. Məlumatlara görə, artıq hakimiyyət Allahşükür Paşazadəni əvəzləyə biləcək, hakimiyyətlə razılığa gedə bilən və eyni zamanda dindar kəsim tərəfindən müsbət  qəbul olunan şəxsin kimliyini müəyyənləşdirib. Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, hakimiyyətdəki bəzi şəxslər tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin üzərində dayanıblar. Görünür hakimiyyət siyasi cəhətdən ən ağıllı üsul seçib. Amma bu üsuldan doğrudan da lazımınca bəhrələnə biləcəkmi?!

  

  • Yazılıb
  • da (də) 2011 Jun 13