Türkiyədə parlament seçkilərinə yığılmış səslərin sayılması ilə hakim Ədalət və İnkişaf Partiyasının üçüncü dəfə üçün qələbə çalması məlum olub
wellpromised/Aran agentliyi
Türkiyədə parlament seçkilərinə yığılmış səslərin sayılması ilə hakim Ədalət və İnkişaf Partiyasının üçüncü dəfə üçün qələbə çalması məlum olub.
Aldığımız məlumata görə, AKP 326 yer qazanmaqla birinci olub .
Parlamentə daxil olmaq üçün müxalifət partiyalarından da Cümhuriyyət Xalq Partiyası və milliyətçi Hərəkət Partiyası minimum səs həddi olan barajı aşaraq vəsiqə qazanıblar.
Məlumatda deyilir ki, Ədalət və İnkişaf Partiyası konstitusiyaya düzəliş üçün lazım olan 330 yeri qazana bildməyib .
Xatırladaq ki, parlament yerlərindən 36-ı müstəqil namizədlərə qismət olub.
Türkiyədə parlament seçkilərində iştirak etmək üçün təxminən 50 milyon nəfər səsvermə hüququna malik olub və onların 88 faizi seçkilərdə iştirak edib.