Özbəkistanın müdafiə naziri hərbi əməkdaşlıqların genişləndirilməsini müzakirə etmək məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə gəlib
wellpromised/Aran agentliyi
Özbəkistanın müdafiə naziri hərbi əməkdaşlıqların genişləndirilməsini müzakirə etmək məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə gəlib.
İRNA-nin məlumatına əsasən, Qabil Berdiyev ilk dəfə 2009-cu il mart ayı Bakıda olmuş, iki ölkə arasında hərbi-texniki əməkdaşlıqların genişləndirilməsi haqda sənəd imzalamışdı . Hazırda isə 4 günlük səfər çərçivəsində Özbəkistanın müdafiə naziri azərbaycanlı həmkarı general Səfər Əbiyev və ölkənin bir sıra digər rəsmiləri ilə görüşəcək.
Bu görüşdə hərbi əməkdaşlığın perspektivləri müzakirə olunmalıdır . Bundan əlavə Berdiyev Azərbaycan Respublikasının hərbi müdafiə sənayesi ilə yaxından tanış olacaqdır.