Tarix : 2011 Jun 13
Kod 23369

Rəsmi Bakı sülh prosesinin dalana düşdüyünü etiraf edir?

Azərbaycan Respublikasının xarici işlər naziri Qarabağ münaqişəsinin nizamlanması prosesində bəzi məsələlərin öz həllini tapacağına şübhə etdiyini bildirib
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikasının xarici işlər naziri Qarabağ münaqişəsinin nizamlanması prosesində bəzi məsələlərin öz həllini tapacağına şübhə etdiyini bildirib .

Trend xəbər agentliyinin Bakıdan verdiyi məlumata əsasən, Elmar Məmmədyarov müxbirlərə deyib : Azərbaycan Respublikası , Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşündən sonra hələ də bəzi məsələlərin həllində problem yerində qalır.

Nazir bu məsələlərin nədən ibarət olduğuna aydınlıq gətirməyib .

Məmmədyarov qeyd edib ki, 3 ölkənin xarici işlər nazirləri tərəfindən keçirilən müzakirələrin nəticəsi prezidentlərin diqqətinə çatdırılacaq.

Azərbaycan Respublikası , Rusiya və Ermənistan xarici işlər nazirləri iyunun 11-də Moskvada görüşdülər.

  

  • Yazılıb
  • da (də) 2011 Jun 13