wellpromised/Aran agentliyi
HaqqYolu - Qubada orta məktəb müəllimi özünü asaraq intihar edib.
Bu barədə APA-nın bölgə müxbirinə Quba rayon prokurorunun köməkçisi Samir İsmayılov məlumat verib.
Rayonun Afurca kənd sakini, 1941-ci il təvəllüdlü Mustafayev Gəncəli Bayraməli oğlunun meyiti meşədə ağacdan asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi bildirilir.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın səbəbləri dəqiqləşdirilir.