Tarix : 2011 Jun 15
Kod 23400

Rəsmi Bakı Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasından narahatdır

Bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib
wellpromised/Aran agentliyi

Bu gün Tiflisdə keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib: Gürcüstan Müsəlmanları İdarəsinə baş müfti, baş şeyx və imam seçilməsi məsələsi Gürcüstan və Azərbaycan xarici işlər nazirləri arasında müzakirə ediləcək.

Elmar Məmmədyarov deyib: "Bu məsələ barədə danışdıq. Biz hansı məsələ ilə bağlı narahat oluruqsa, onu açıq deməyi lazım bilirik. Mən də bunu həmkarım Qriqol Vaşadzenin diqqətinə çatdırdım. O mənim dini məsələlərlə bağlı müzakirə aparmaq təklifimi qəbul etdi. Gürcüstanda olacağım iki gün ərzində bu məsələni müzakirə edəcəyik. Müzakirələr davam etdiriləcək. Bu məsələdə çözümə nail olacağıq".

  • Yazılıb
  • da (də) 2011 Jun 15