Tarix : 2011 Jun 15
Kod 23405

Hicab düşməni İmam Hüseynin (ə) qətlində şərikdir

İmam Hüseynə (ə) aid olan “Aşura” ziyarətində oxuyuruq: “Biz qiyamət gününə kimi sizinlə sülh edənlərlə sülh edəcəyik və sizinlə döyüşənlərlə döyüşəcəyik
wellpromised/Aran agentliyi

 

İmam Hüseynə (ə) aid olan “Aşura” ziyarətində oxuyuruq: “Biz qiyamət gününə kimi sizinlə sülh edənlərlə sülh edəcəyik və sizinlə döyüşənlərlə döyüşəcəyik”. Biz bu ziyarəti tez-tez oxuyuruq. Amma özümüzə heç sual vermişik ki, kimlərdir İmam Hüseynlə (ə) döyüşənlər? Yaddan çıxartmayaq ki, bu ziyarətnamə məsumlardan bizə çatıb. Döyüşməkdən məqsəd nədir? Hər halda təkcə əldə silah tutub Kərbəlada İmam Hüseynlə (ə) üz-üzə durmaq deyildir. Bu döyüş- yəni İmam Hüseynin (ə) amalları, əqidəsi, hədəfi ilə vuruşmaqdır. Beləliklə bizim iki yolumuz qalır. Ya xasiyyətimizi itirib İmam Hüseynin (ə) amalları ilə döyüşənlərlə barışmalıyıq. Bu halda yenə İmamın qətlinə şərik oluruq. Çünki bir dəstənin pis işlərinə susmaq həmin dəstənin əməlinə razı olmaq deməkdir. Unutmayaq ki, əgər müsəlmanlar Kərbəla faciəsində tamaşaçı və ya hətta passiv tənqidçi qismində qalmayıb meydana gəlsəydilər bu tarixi faciə baş verməzdi. Ikinci yol bütün tənələrdən və təhdidlərdən çəkinməyib meydana gəlməkdir. Bu halda köləlik damğasını alnına yapışdıranlar bizə müxtəlif adlar qoyacaq: “fanatik, radikal islamçı, casus.” Bir sözlə sərhədlərin o tayından əmr olunmuş, çox vaxt mənalarını heş özləri də başa düşmədikləri adları bizə qoyacaqlar. Amma bu məhz peyğəmbərlərin, Allah dostlarının və azad insanların yoludur. Unutmayaq ki, Əbu Cəhllər, Əbu Sufyanlar Peyğəmbərimizə “sehrbaz, dəli” demişlər, Müaviyələr və onun buyruq qulları Əlini (ə) lənətləmişlər, içki düşkünü Yezidin yaltaq və şəxsiyyətsiz “saray ruhaniləri” İmam Hüseyni (ə) “dindən çıxmış”, “dövrün hakiminə qarşı çıxdığı üçün qətli vacib olan” şəxs kimi cilvələndirmişlər. (sadəcə, bü gün kəlmələrlə oynayıb onları bir az “modern” edirlər və inkişafın ən yüksək pilləsinə qalxdıqlarını düşünürlər. Lakin zatən Əbu-Cəhl olaraq qalırlar. Yazıqlar olsun sizə).

Biz İmam Hüseynin (ə) yolunda başından, övladlarından, qardaşlarından keçdiyi bu yolu müqəddəs bilirik. Bizim şüarımız “zillət bizdən uzaqdır” fəryadıdır, bayrağımız əsl ana, əsl bacı nümunəsi olan, misilsiz və şücaətli rəhbər, Kərbəla qəhrəmanı Həzrət ZEYNƏBin müqəddəs HİCABIDIR. Bu bayrağımıza əl uzadan İmam Hüseynlə (ə) döyüşür. Bu bayrağımıza əl uzadan bizi ən pis şəkildə təhqir edir. Əgər onlar bu işlərdən peşman olmayıb qul itaəti ilə xaricdən düşmənlərin əmrini yerinə yetirməyə davam edəcəklərsə biz onları İmam Hüseynin (ə) qətlində şərik bilirik. “Bunu mənim vəzifəm tələb edir” kimi sözləri Hürr Kərbəlada ayaq altına qoydu. Bax gör Allah səndən nə tələb edir? Unuymayaq ki, Allahın heç kimlə zarafatı yoxdur!

Bəqərə surəsində Allah özləri haqq yoldan azan və başqalarını da azdıran rəhbərlərin Qiyamətdə öz tərəfdarlarından qaçıb, Allahın əzabına düçar olacaqlarını deyəndən sonra buyurur ki, o zaman tabe olanlar: “kaş bir daha dünyaya qaytarılaydıq ki, bu gün onlar bizdən (nifrətlə) qaçdıqları kimi biz də də onlardan (o cür) qaçaydıq!”- deyərlər. (Bəli) Allah əməllərini onlara bu cür həsrətlə göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.

Hicab.org

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 15