Tarix : 2011 Jun 18
Kod 23408

Aran elmi-tədqiqat jurnalının yeni sayı nəşr oldu

Aran elmi-tədqiqat jurnalının 26 və 27-ci sayları 237 səhifə fars, 19 səhifə latın əlifbası ilə çap olmuşdur
g/Aran agentliyi

 

Aran agentliyi/Azərbaycan Respublikası bölümü

 

Aran elmi-tədqiqat jurnalı Aran Beynəlxalq Mədəni Araşdırmalar İnsitutunun seçilmiş şəxsləri və İnsitutun müdiri Həsən Qulinin redaktorluğu ilə nəşr olur. Jurnal, özünün 9-cu ilində 26 və 27-ci  (89 qış və 90 bahar) sayına yetişdi.

Aran jurnalının bu sayında Qafqaz məsələləri üzrə tədqiqatçılar və ekspertlər tərəfindən yazılmış on elmi məqalə dərc edilmişdir. Həmçinin, jurnalda bu yaxınlarda fani dünyanı tərk etmiş Hacı Əlikrəm Əliyev barədə yazılara ayrıca yer verilmış, Ərdəbil və Təbriz imam cümələrinin o böyük şəxsiyyət barədə çıxışları, Məhəmməd Qazi, Mustafa Qulizadə, Həsən Qulunun elmi materialları ilə yanaşı verimişdir. Habelə, jurnalın bu sayında Qafqaz Abuzəri konfransı barədə məlumat, İslam Partiyasının sabiq sədrinin iki müsahibəsi, bir rəsm əsəri, kitabla tanışlıq, Aran agentliyinin seçilmiş xəbərlərini oxumaq olar.

 

Bu sayda dərc edimiş məqalələr

Azərbaycanda Novruz bayramı: Doktor Bəhram Əmir Əhmədli, şiəlik üzrə sosioloq.

Qafqazın müsəlman xanlarının Rusiya çarlığının işğallarına qarşı mövqeyi: Doktor Nasir Sidqi, Təbriz Universitetinin Tarix Şöbəsi elmi heyətinin üzvü.

Azərbaycan hakimi Məhəmməd Zəngine: Doktor Cəlil Naibi, Təbriz Universitetinin elmi heyətinin üzvü və Cavad Əlipur Tarix Universitetinin magisteri.

Səfəvilərin ilk tac qoyduğu məkan: Şirvan: Məhəmməd Xürrəm Keşavərz, Urmiya Universitetinin İran İslam Tarixi fakültəsinin magisteri.
Hacı Zeynəlabidin Tağıyevin mədəni və ictimai fəaliyyətləri: Səccad Hüseyni, Tarix Univerisitetinin doktorluq üzrə tələbəsi.

Qafqazda və Orta Asiyada radikal islamçıların artamasının səbəbi: Mehdi Abbasi, Peyam Nur Universitetinin elmi heyətinin üzvü.

İran və Azərbaycan Respublikasının siyasi münasibətləri: Qafar Abdullahi, Tarix Universitetinin doktorluq üzrə tələbəsi.

Aranın coğrafi tarixi: Ədalət İzzətpur, Tarix Universitetinin magisteri.

Qafqaz şairlərinin Fars dilinin tərəqqisində rolu: Gülsüm Pərçəm, Fars Dili və Ədəbiyyatı Universitetinin magisteri.

Sonda redaktor tərəfindən bəzi qeydlər verilmişdir. Jurnalın redaktoru öz qeydlərinin əvvəlində Cənubi Qafqaz ölkələrində xalq aksiyalarına işarə edərək yazmışdır: “Sözsüz ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın ölkədə baş verən aksiyalara görə  başqa iki ölkədən fərqli şəraiti vardır. Bu fərqi müxtəlif yönümlərdən araşdırmaq olar. Burada yalnız bir fərqə işarə olunur. Cənubi Qafqazda yerləşən və dünyanın ikinci şiə ölkəsi olan Azərbaycandakı xalq etirazları dini etiqalarla bağlıdır. Qabaqlar da dediyimiz kimi son bir neçə ayda islamçılar tərəfindən təşkil edimiş aksiyaların səbəbi onların öz dini inanclarını müdafiə etmələridir. Hal-hazırda da yenə islamçıların əsas istəyi olan məktəblərdə hicab qadağasının ləğvi, hicab məhbuslarının azadlığı, islami telekanalın açılmasına icazə verilməsi, rəsmi sənədlərdə hicabla şəkilə icazə verilməsi, Qarabağın azad olunması və s. hamısı xalqın dini etiqadlarından irəli gəlir”.  

Bu qeydlərin sonunda belə gəlmişdir: “Sonda xatırlanması zəruri olan, İranla Qafqaz arasında tarixi, mədəni və dini bağlılıqlardır. Belə nəzərə gəlir ki, İran İslam Respublikası həm İslam-İran mədəniyyət və dəyərlərini qorumaq, həm də qonşu olduğundan istər-istəməz milli mənafei üçün təsirli olan Qafqaz ölkələrinin hadisələrini izləməli, həmin dövlərlərlə və ölkə xalqları ilə əlaqəni möhkəmləndirməlidir. Əlbəttə, bu arada İranın elm və mədəniyyət xadimlərinə, ekspertlərə, İran mediasına, xüsusilə də azərilər yaşayan məntəqələrdə şiə hərəkatlarına dəstək olmalıdır. Aran elmi-tədqiqat jurnalı alim və tədqiqatçıları sözü gedən mövzularda elmi məqalələr yazmağa dəvətlə yanaşı, bu xüsusda aparıcı rol ifa edəcəyini bildirir.

  • Yazılıb
  • da (də) 2011 Jun 18