0Ötən ilin noyabr ayından etibarən orta məktəblərdə təhsil alan məktəbli qızlarımız hicablı formada təhsil ocaqlarına gedə bilmir
wellpromised/Aran agentliyi
0Ötən ilin noyabr ayından etibarən orta məktəblərdə təhsil alan məktəbli qızlarımız hicablı formada təhsil ocaqlarına gedə bilmir. Yüzlərlə inanclı qızlarımız ən fundamental insan haqqları olan təhsil almaq hüququndan məhrum ediliblər. Ölkənin problemləri azmış kimi, bir də süni olaraq hicab problemi yaradılıb ki, bununla da Azərbaycan hakimiyyəti nə əldə etmək istəyir məlum deyil. Azərbaycanda xalq tərəfindən yetkinliklə qəbul edilən və İslam dininin vacib atributu sayılan hicabın orta məktəblərdə qadağan edilməsi, heç bir demokratik, inkişaf etmiş və hətta kommunist ölkəsində belə baş vermir. Bu gün Avropadan tutmuş Asiyaya qədər, həmçinin okeanın otayında belə, orta məktəblərdə təshil alan hicablı qızlar, heç bir problem olmadan təhsil ocaqlarına gedirlər. Fransa kimi ölkədə niqab (üzün tamamilə örtülməsi) problemi yaradılıb ki, bunun da hicabla heç bir əlaqəsi yoxdur. Hərçənd bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən hicabı niqab adı ilə əvəz edib insanlarda dinə qarşı qorxu yaratmaq istəyirlər. Lakin xalqımızın öz dini və adət-ənələrini gözəl bilməsi, daima İslamın vacibatlarını yerinə yetirməsi, bu hicabafoibayının qarşısını alır.
Maraqlıdır, Azərbaycan hakimiyyəti artıq 6 aydan çoxdur ki, hicaba qoyulan qadağanı niyə ləğv etmir? Axı ölkəmiz Avropa Şurası, ATƏT və BMT kimi nüfuzlu təşkilatların üzvüdür ki, bununla da mövcud iqtidarın boynuna Azərbaycanda demokratik mühit yaradılması istiqamətində öhdəliklər düşür. Niyə iqtidarımız xarici təşkilatlar vasitəsilə boynuna düşən öhdəliklərə əməl etmir? Niyə əhalinin etiraz səsini nəzərə almır? Axı ölkədə demokratiya və insan azadlığı o halda ola bilər ki, əhalinin əksəriyyəti öz hakmiyyətindən razı olsun və onların tələbləri, istəkləri qanunlar çərçivəsində yerinə yetirilsin. Ötən il noyabr ayından bu günə qədər hicaba qoyulan qadağaya görə, iki dəfə aksiya keçirilsə də, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunsa da, tanınmış din alimləri zindanlara atılsa da, sadə dindarlar saxlanılsa da, hakimiyyət bu qadağada hələ ki, israrını nümayiş etdirir. Nə üçün dövlət, vətəndaşı ilə özü arasında bu qədər fasilə yaradır? Axı bu israr, qadağa nəyə və kimlərə xidmət edir?
Deyək ki, biz dini dövlət deylik və ölkədə dini məsələlərə bir o qədər də önəm verilmir. Ancaq hicab İslam dini və müsəlmanların ən vacib atributu və qeyrət simvolu sayılır. Hicablı qızın başını açdırmaq, onu zorla məktəbə hicabsız formada gətirtmək insanlıqdandırmı?
Son zamanlar Azərbaycanda islamçılarla paralel yerli müxalifətin də mitinqlər keçirməsi və hakmiyyətin istefasını tələb etməsi, ölkədə demokratik küləyin əsməsindən xəbər verir. Ancaq müşahidələr onu göstərir ki, bizdə insan haqqlarını tələb edən insanlar ən yaxşı halda aksiya keçirir ki, bunun da sonu həbslərlə sona çatır.