Tarix : 2011 Jun 15
Kod 23413

Prezident İlham Əliyev İranda keçiriləcək beynəlxalq konfransa dəvət olunub

Prezident Mahmud Əhmədinejad iyunun 25-26-da Tehranda keçiriləcək terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konfransa Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib
wellpromised/Aran agentliyi

Prezident Mahmud Əhmədinejad iyunun 25-26-da Tehranda keçiriləcək terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konfransa Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib.

İranın Bakıdakı səfirliyinədən verilən məlumata görə, konfransda dünyanın 60 ölkəsinin yüksək rütbəli rəsmisi iştirak edəcək. "Beynəlxalq aləmdə terrorçuluq əməllərinə qarşı mübarizənin önündə gedən İran terrorizmə qarşı mübarizə üzrə vahid və yığcam bir strategiya işlənib-hazırlanması zərurətini nəzərə alaraq, bu konfransa yeni və səmərəli təkliflər verəcək.

İran bəzi ölkələrin və beynəlxalq təşkilatların terrorçuluq əməlləri qarşısında laqeydlik göstərməsini, terrorçu qrupları, xüsusilə də dövlət terrorizmini dəstəkləməsini daima beynəlxalq səviyyədə tənqid edib".

  

  • Yazılıb
  • da (də) 2011 Jun 15