Tarix : 2011 Jun 15
Kod 23417

Elmar Məmmədyarov: “Birdəfəlik tərpənəcəyik”!!

Moskvada prezidentlər İlham Əliyev və Serj Sərkisiyanın görüşü ərəfəsində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ ...
wellpromised/Aran agentliyi

Moskvada prezidentlər İlham Əliyev və Serj Sərkisiyanın görüşü ərəfəsində Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarına dair Ermənistanla müzakirələr barəsində " Biz əgər yerimizdən tərpəniriksə, birdəfəlik tərpənəcəyik" deyib.

Gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə Tiflisdə keçirdiyi birgə mətbuat konfransında naziri Elmar Məmmədyarov Moskvada ermənistanlı həmkarı Edvard Nalbəndiyan ilə bir neçə razılaşdırılmamış məsələnin qaldığını bildirib.

Elmar Məmmədyarov deyib : "Moskvada xarici qərara gəldik ki, növbəti dəfə əsas prinsiplər üzrə maddələrin yenidən işlənməsi ilə bağlı müzakirələr aparılsın. Bu məsələdə beynəlxalq təcrübələr var. Bu məsələlər Azərbaycanda hüququ yox, siyasi xarakter daşıyır. Biz əgər yerimizdən tərpəniriksə, birdəfəlik tərpənəcəyik".

Azərbaycan Respublikası xarici işlər naziri DQ məsələsində "Biz əgər yerimizdən tərpəniriksə, birdəfəlik tərpənəcəyik" mənasını şərh etməyib!

E. Məmmədyarov konfliktin mərhələlərlə həll olunacağını, burada kommunikasiya və digər məsələlərin nəzərə alınacağını deyib.

Məmmədyarov vurğulayıb : "Biz Minsk Qrupunun planı üzrə hərəkət edəcəyik. Eyni zamanda bəzi məsələləri Minsk Qrupu ilə razılaşdırmaq lazımdır".

E. Məmmədyarov mövcud "status-kvo"nun heç kimi, xüsusən Azərbaycanı qane etmədiyini bildirib.

Nazir jurnalistlərin suallarına cavab olaraq Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar prosesində irəliləyişlərin olduğunu deyib.

Məmmədyarov əlavə edib : "Bu, ciddi məsələdir. Ciddi məsələlər gərək prezidentlər səviyyəsində müzakirə olunsun. Mən bu haqda prezidentə məruzə etmişəm. Razılaşdırılmamış məsələlər prezidentlərin Kazan görüşündə müzakirə olunacaq".

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 15