Siyavuş Novruzov parlamentdə Azərbaycan din xadimləri üçün “İran ruhaniləri” geyimindən başqa bir geyim formasının tanıtdırılmasını istəmişdir
g/Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respulikası bölümü
Aran agentliyinin Azadlıq qəzetinə istindala verdiyi məlumata görə iqtidarın parlament nümayəndəsi Siyavuş Novruzov parlamentdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə bağlı çıxışında Azərbaycan din xadimləri üçün “İran ruhaniləri” geyimindən başqa bir geyim formasının tanıtdırılmasını istədi. O dedi: “Özümüzün formamız olsun. Nəyə görə, İran mollaları kimi əmmamə qoymalıyıq? Hesab edirəm ki, buna ehtiyac yoxdur. Burada Hacı Sabir oturub, başında əmmaməsi yoxdur. Üzünə də baxırsan ki, nur tökülür”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allaşükür Paşazadə bu məsələyə öz münasibətini bildirərək deyib: “İran islamı və ərəb islamı deyilən bir şey yoxdur. Əmmamə və əbanı Peyğəmbər (s) geymişdir və biz də ondan təqlid edirik”.
Şeyxülislam həmçinin qeyd etmişdir ki, əmmamə də kəfəndir və Allahala bəndə arasında olan ölümü unutmamaq üçündür.
Azərbaycan Mübariz Ruhanilər Cəmiyyəti yarandıqdan sonra ölkə parlamentinin din xadimlərinin geyim formasına qarşı narahatlığı artmışdır.
Qeyd edək ki, Azərbaycan Mübariz Ruhanilər Cəmiyyəti bu ölkə məktəblərində hicabın qadağan olmasından sonra buna etirazını bildirmək üçün yaranmışdır. Sözü gedən cəmiyyət artıq bir neçə konfrans təşkil etmiş və dövlətin anti-İslam siyasətlərini pisləmişdir.