İran İslam Respublikasının 36-cı yeni sərhədaşırı radio kanalı işə başladı. Bu radio Əmirəl-Möminin Əlinin (ə) mövlud günü ilə eyni zamanda fəaliyyətinə start verdi
wellpromised/Aran agentliyi
İran İslam Respublikasının 36-cı yeni sərhədaşırı radio kanalı işə başladı. Bu radio Əmirəl-Möminin Əlinin (ə) mövlud günü ilə eyni zamanda fəaliyyətinə start verdi.
Mərkəzi İnformasiya Agentliyinin məlumatına əsasən, Aran Radiosu Teleradio Şirkətinin 36-cı sərhədaşırı radio kanalıdır. Aran Radiosu İran İslam Respublikası Teleradio Şirkətinin sərhədaşırı bölmə üzrə müavini Məhəmməd Sərəfraz və Ərdəbil vilayətinin məsuliyyətli şəxslərinin iştirakı ilə rəsmi surətdə fəaliyyətə başlayıb.
İran İslam Respublikasının Aran Radiosu azərbaycan dilində fəaliyyət göstərir və İran və digər azəri dilli ölkələr üçün müxtəlif yönümlü proqramlarla fəaliyyətə başlayıb.
Aran Radiosunun müdiri Məhəmməd Qazidehi bu gün Ərdəbil vilayətində bu radionun açılış mərasimində müxbirimizlə müsahibədə deyib: Sovet İttifaqı süqut etdikdən sonra Azərbaycan Respublikasının dindarları İran İslam İnqilabı və region hadisələrinə xüsusi diqqətlə yanaşır.
Aran Radiosunun müdiri mədəni-dini sahədə fəaliyyətini bu radionun məqsədlərindən olduğunu bildirib.
Aran Radiosunun fəaliyyətə başladığı gün Azərbaycan Respublikasının Quba rayonundan ilk dinləyici telefon bağlantısında bu radionun yetkili şəxslərinə öz təşəkkürünü bildirib.
Quba şəhərinin ağsaqqalı olan seyid Ələsgər bu radionun fəaliyyətə başlamasından çox sevindiyini elan edib.