Məlum olduğu kimi, iyin ayının sonunda 3 ölkə prezidentinin Kazan görüşü gözlənilir
wellpromised/Aran agentliyi
Məlum olduğu kimi, iyin ayının sonunda 3 ölkə prezidentinin Kazan görüşü gözlənilir. Görüş ərəfəsində isə Azərbaycan özünün “26 iyun Silahlı Qüvvələr”i günü münasibətilə hərbi parada sahiblik edəcək. Kazan görüşü ərəfəsindəki hərbi parad qarşı tərəflərə hərbi mesajdırmı? Sualı cavablandıran həbçi ekspert Üzeyir Cəfərli Deyerler.org-a bildirmişdir: “Zənnimcə, hərbi parad keçirilməsi zamanı Kazan görüşünün təyinindən xeyli qabaq müəyyənləşdirilmişdi. Bu parad “Silahlı Qüvvələr Günü”nə və Azərbaycan müstəqilliyinə həsr olunmuş bir paraddır. Bu baxımdan bunu qarşı tərəfə mesaj kimi qiymətləndirmək düzgün olmazdı. Lakin prezidentlərin görüşü ərəfəsində bu paradın keçirilməsi bəzi təhlilçilər tərəfindən Azərbaycanın əzələ nümayişi, güc nümayişi kimi qiymətləndirilir. Mən bu məsələyə başqa cür yanaşıram. Hərçənd bu elementlər də burada ola bilər. Ancaq Azərbaycan bu paradla sadəcə müstəqilliyinin 20 illiyini və özünün “Silahlı Qüvvələr Günü”nü qeyd edir. Ona görə də düşünmürəm ki, bu güc nümayişi kimi qələmə verilməlidir”.